Icma.az
close
up
RU
Həmkarlar İttifaqı Maaşlardan tutulan pullarla nə iş görür? Müzakirə

Həmkarlar İttifaqı Maaşlardan tutulan pullarla nə iş görür? Müzakirə

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Minlərlə insan illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsələr də, göndəriş əasasında, istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHİK- in qaynar xəttinin belə işləmədiyini bildiriblər. Eyni zamanda “online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər. AHİK- in rəhbərliyi dəyişdikdən sonra bu sahədə yeniliklər olacağına ümid edirdik. Ancaq heç bir nəticə yoxdur. İşlər əvvəlki qaydada davam etməkdədir. Həmkarlar İttifaqları il ərzində böyük məbləğdə pul toplayır, amma pullar insanların istirahəti üçün xərclənmir.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, hələ 1998-1999-cu illər ərzində Təhsil Nazirliyi yanında tələbə şurasının sədri olduqda, bu məsələni qaldırıb:

“Bu məsələni hələ o zaman  qaldırmışam. Nə haqla bizim tələbə təqaüdümüzdən Həmkarlar İttifaqına üzvlük haqqı tuturlar. Halbuki heç bir tələbə ora üzv olmaq haqqında ərizə verməyib. Həmkarlar İttifaqı haqqında qanun var. Hətta Konstitusiyada bu yazılıb ki, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Könüllü o deməkdir ki, mən gərək ərizə yazım ki, sən mənim maaşımdan, yaxud stipendiyamdan üzvlük haqqı tutasan və mən istənilən anda da ordan çıxa bilərəm. Amma təəssüf ki, dövlət qurumlarında tələbələri, müəllimləri zorla üzv ediblər. Zorla maaşlarından tuturlar. Bu özü qanunsuzdur. Kiminsə üzvlük haqqında ərizəsi yoxdursa, bu dəqiqə məhkəməyə versə, bütün illər ərzində ondan tutulan məbləği geri tələb edə bilər”.

Əkrəm Həsənovun sözlərinə görə, Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır:

“Qanuna görə Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır. Amma bizdə bunu məcburi bir hala çeviriblər. Təbii siz soruşsanız, niyə məni yox, digərini sanatoriyaya göndərirsən? Deyəcəklər ki, bizim belə bir öhdəliyimiz yoxdur. Öhdəlikləri doğrudan yoxdur. Ona görə o, vətəndaşlar narazıdır. Burada yumşaq variant odur ki, ərizə yazsınlar ki, mənim maaşımdan, tələbə stipendiyamdan tutmayın, ümumiyyətlə çıxıram ittifaqdan. Ən sərt addım isə məhkəməyə müraciət edib pullarını geri istəməkdir”.

 

Gununsesi.info -ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı uzun illərdir təhsil sistemində fəaliyyət göstərən müəllimlərin, məktəb direktorlarının və digər pedaqoji heyətin maaşından aylıq tutulmalar həyata keçirərək yüz minlərlə manat vəsait toplayır:

“Bu vəsaitin istifadəsi ilə bağlı ictimai hesabatlılıq isə yoxdur. Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən, həmkarlar ittifaqına üzvlük könüllüdür. Lakin faktiki vəziyyət göstərir ki, xüsusən dövlət məktəblərində bu proses könüllü deyil, avtomatik və məcburidir. İşə yeni qəbul olunan müəllimlərin əksəriyyəti bu tutulmanın hansı əsasla aparıldığını belə bilmir. Onların maaşından aylıq olaraq təxminən 1% tutulur, bu isə illik hesabla təhsil işçilərinin cibindən milyonlarla manatın çıxması deməkdir.

Bu vəsaitlərin nəyə xərcləndiyi, hansı müəllimlərin hansı xidmətlərdən yararlandığı, hansı meyarla göndərişlərin və yardımların edildiyi haqda şəffaf məlumat yoxdur. AHİK və onun nəzdində fəaliyyət göstərən Təhsil Həmkarlar İttifaqı məktəblərdə fəaliyyətini daha çox kağız üzərində aparır. Müraciət edən müəllimlərin əksəriyyəti bildirir ki, onların “online” və ya fiziki müraciətləri cavabsız qalır, telefon xətti işləmədiyi üçün əlaqə qurmaq mümkün olmur. Sanatoriya, istirahət mərkəzi, maddi yardım və sosial dəstək yalnız müəyyən şəxslərə verilir, adətən bu siyahıların necə tərtib olunduğu açıqlanmır”.

Kamran Əsədov bildirir ki, Həmkarlar ittifaqı müəllimin deyil, rəhbərin marağını qoruyur:

“Əmək Məcəlləsinin 299-cu maddəsi açıq şəkildə bildirir ki, kollektiv müqavilələrin tərtibində həmkarlar ittifaqı əsas tərəf kimi çıxış etməlidir. Lakin Azərbaycanda məktəblərin böyük əksəriyyətində bu müqavilələr mövcud deyil, olanlar isə formal xarakter daşıyır. Nəticədə müəllim iş şəraiti, əmək mühiti, dərs yükü və hətta psixoloji təhlükəsizlik məsələlərində tək qalır. Həmkarlar ittifaqı nə onu müdafiə edir, nə də rəhbərlik qarşısında real təzyiq mexanizminə malikdir. Əksinə, məktəb rəhbərliyi ilə ittifaq bir mərkəzdən idarə olunur və çox zaman müəllimin deyil, rəhbərin marağını qoruyur”.

Təhsil eksperti  2023- cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğunu bildirib:

“Əməkhaqqı aşağı olan, sosial təminat yükü çox olan, sertifikasiya və digər imtahan təzyiqlərinə məruz qalan müəllimlərin gözləntisi isə konkret və şəffaf dəstəkdir. Lakin bu gözlənti uzun illərdir boşa çıxır. Məsələn, 2023-cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğu bildirilir. Bu rəqəmə əsasən, illik üzvlük haqlarından milyonlarla manat vəsait yığılır. Amma həmin vəsaitin neçə faizi müəllimlərin sosial ehtiyaclarına yönəlir, neçə faizi sanatoriyaya göndərişlərə xərclənir, neçə nəfər bu yardımlardan faydalanıb – bu suallar açıq qalır”.

Kamran Əsədov qeyd edir ki, dünyada həmkarlar ittifaqları müəllimin söz sahibinə çevrilməsinin əsas təminatçısıdır:

“Finlandiyada müəllim həmkarlar ittifaqlarının təsiri ilə dərs yükünü, kurikulum dəyişikliklərini, əmək şəraitini birbaşa müzakirə edir. İsveçdə müəllim həmkarlar ittifaqı maaş artımı və pensiya təminatında əsas tərəfdir. ABŞ-də müəllimlər həmkarlar ittifaqı vasitəsilə hüquqi yardım alır, tətil edir, məktəb rəhbərlərinin səlahiyyətləri ilə bağlı razılaşmalarda iştirak edir. Hətta bəzi ştatlarda məktəb direktorları müəllim ittifaqlarının razılığı olmadan struktur dəyişiklikləri edə bilməz.

Azərbaycanda isə həmkarlar ittifaqı müəllimə “bayramda konsertə bilet”, “Yeni ildə paket” prinsipi ilə yanaşır. Təhsil işçisinin real ehtiyacları – dərs yükü, psixoloji dəstək, əlavə işin qarşılığı, hüquqi yardım, sosial müdafiə – bu qurumların gündəmində yoxdur. Rəhbərlik isə uzun illərdir dəyişmir, yeni təfəkkürə malik şəxslərin bu sistemə daxil olması əngəllənir. Bu səbəbdən də müəllimlərin böyük əksəriyyəti həmkarlar ittifaqını formal qurum kimi qəbul edir və onun varlığını hiss etmir”.

Təhsil eksperti vurğulayır ki, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq:

“Əgər dəyişiklik baş verməzsə, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq – müstəqil birliklər qurmaq, kütləvi şəkildə üzvlükdən imtina etmək və sosial şəbəkələrdə təşkilatlanmaq ehtimalı artacaq. Bu isə həm hüquqi, həm də sosial baxımdan böhrana səbəb ola bilər. Təhsil həmkarlar ittifaqı dərhal islahata başlamalı, şəffaf hesabatlılıq təmin olunmalı, idarəetməyə gənc müəllimlər cəlb olunmalı, üzvlük mexanizmi könüllü əsasda yenidən qurulmalıdır. Müəllim – bu ölkənin təməl sütunudur. O, maaşından tutulmuş vəsaitin qarşılığında susqunluq deyil, dəstək gözləyir. Əgər bu dəstək real şəkildə təmin olunmasa, həmkarlar ittifaqı təhsil sistemində etibarını tamamilə itirəcək”.

Həmkarlar İttifaqının mövqeyini öyrənməyə hazırıq

Günel Həsənova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri