Icma.az
close
up
RU
Həmrəylik milli varlığımızın əsas şərtidir

Həmrəylik milli varlığımızın əsas şərtidir

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

31 dekabr dünyanın müxtəlif coğrafiyalarında yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən, onların ortaq mədəni və mənəvi bağlarını gücləndirən, həmrəy edən mühüm bir gündür. Həmrəylik gününün təsis olunması xalqımızın öz varlığını dünya miqyasında bütöv tamlıq şəklində hiss etmək və etdirmək cəhdlərindən biri idi.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1989-cu ildə Naxçıvanda baş verən mühüm bir hadisədən qaynaqlanır. Həmin ilin dekabrında Azərbaycanın Güneyi ilə Quzeyi arasındakı sərhəd dirəkləri xalqın kütləvi iştirakı ilə söküldü. Bu hadisə Arazın hər iki tayında bütövlük həsrəti çəkən, Xudafərinlə qovuşan qan qardaşlarının, soydaşlarının milli mənsubiyyətlərini və ortaq mədəni irsini qorumaq üçün bir araya gəlmələrinin başlanğıcı idi. O zaman baş verənlər yalnız fiziki cəhətdən deyil, həm də mental və mədəni cəhətdən sərhədləri aşaraq, tarixin hökmü ilə ikiyə bölünmüş azərbaycanlıları bir araya gətirdi. Azərbaycanlıların bu addımı, milli həmrəyliyin gücləndirilməsi və milli mədəniyyətin qorunması naminə atılan mühüm başlanğıc oldu.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında Azərbaycan xalqının həmrəylik ruhunu möhkəmləndirmək məqsədilə 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Həmin vaxtdan etibarən bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilir.

Hər ilimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə başa çatır. İlin son günü – 31 dekabr bu böyük dünyanın harasında olmağımızdan asılı olmayaraq nəzərlərimizin Vətənə – doğma Azərbaycana yönəldiyi Milli Həmrəylik günüdür.

Həmrəylik – insanların əsrlər boyu arzuladığı, həyat haqqında düşüncələrində yaşatdığı və daim ona doğru can atdıqları elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşurlar. Həmrəylik bütün uğurların açarıdır. Qələbəyə, xoşbəxtliyə, firavanlığa, səadətə və nəhayət, qlobal harmoniyaya açılan qapılar məhz insanlararası həmrəyliyə əsaslanır. Həmrəylik yalnız sağlam düşüncə, ədalətli məqsəd və saf niyyət əsasında doğulur. Saxta ideallar, qərəzli məqsədlər və bəd niyyətlər üzərində həmrəyliyə nail olmaq mümkün deyil. Bunu dərk etmək üçün haradan gəlib hara yetişdiyimizə baxmaq kifayətdir. 70 il bizə “həmrəylik” təlqin edən sovet ideologiyası yüz milyonlarla insanı “həmrəng” edə bildi, amma həmrəy edə bilmədi. Azadlığımızı qazandıq, müstəqilliyimizi bərpa etdik, amma həmrəyliyimizin olmaması səbəbindən torpaqlarımızı itirdik. Həmrəyliyimizi tapanadək nə azadlığımıza, nə də torpaqlarımıza sahib çıxa bildik. Nəhayət, şüurumuzun dərinliklərində yuva salmış “el bir olsa….” həqiqətini dərk etdik. El bir oldu – həmrəy olduq. Xalq birləşərək “Ya ölüm, ya Qarabağ” dedi. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız “Vətən” dedi, hamı Azərbaycan amalı ətrafında səfərbər oldu. Xalqın həmrəyliyindən doğan vahid yenilməz güc bir “Dəmir Yumruq”da birləşib düşmənin başına endirildi. Azadlığımıza və müstəqilliyimizə qovuşduq. 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş də, bu günə qədər davam edən yüksəliş də və nəhayət, bizi xoşbəxt xalqa çevirən Vətən müharibəmizdəki Qələbəmiz də məhz Milli Həmrəyliyimizin sayəsində mümkün oldu. Bu Həmrəyliyi yaşatmaq, onu daha da gücləndirmək, şüurumuzda və əməllərimizdə gələcəyə daşımaq Azərbaycanın daimi müstəqilliyini və xalqımızın daimi xoşbəxliyini təmin etməyin zəmanətidir. Bu Həmrəylik gələcək qələbələrimizin zəminidir.

Həmrəylik – ümumxalq təəssübkeşliyidir. O bir mədəniyyətdir. Həmrəylik – dinləmək, başqalarına məxsus dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir.

Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu “az”lar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər. Beləcə həyatımızın daha bir ilini başa vurmaqda və Yeni ilə addımlamaq ərəfəsindəyik. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına sevgi dolu Həmrəylik, Yeni ildə isə yeni uğurlar, can sağlığı, firavanlıq və səadət arzulayıram!

Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri