“Həqiqətlər sülhün əsas şərtidir”
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanın qazandığı tarixi Zəfər Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradıb”.
Bu fikirləri “Xalq Cəbhəsi” Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionun geosiyasi mənzərəsini də dəyişib:
“Bu gün bölgədə formalaşan yeni düzən Azərbaycanın yaratdığı reallıqlar əsasında qurulur və sülh gündəliyinin əsas müəllifi məhz Bakı şəhəridir.Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı terror siyasəti, yaşayış məntəqələrinin dağıdılması, mina terroru, eləcə də ekoloji və mədəni vandalizm faktlarının beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız tarixi həqiqətlər qəbul edildiyi və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərildiyi halda mümkündür. Müharibə cinayətlərinin unudulmaması Azərbaycanın siyasi və hüquqi mövqeyini daha da gücləndirir”.
O qeyd edib ki, bu faktların dünya ictimaiyyətinə çatdırılması revanşizm meyillərinin qarşısının alınmasına, bölgədə etimad mühitinin formalaşmasına və gələcək sülhün möhkəm əsaslar üzərində qurulmasına xidmət edir: “Azərbaycan qalib dövlət kimi qisas deyil, ədalət və davamlı sülh istəyir. Ədalət isə həqiqətlərin gizlədilməsi ilə deyil, onların açıq şəkildə qəbul olunması ilə təmin edilir. Bu yanaşma həm Azərbaycanın milli maraqlarının qorunmasına, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir”.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 İyun 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















