Icma.az
close
up
RU
Həmrəyliyimizi daha da gücləndirməliyik

Həmrəyliyimizi daha da gücləndirməliyik

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Dekabrın 25-də baş vermiş təyyarə qəzası ilə bağlı insanların həlak olması bizi və millətimizi dərindən sarsıtdı. Hadisə nəticəsində insan itkiləri və xəsarət alanlar da var. Bu, bizim üçün ağır və dəhşətli bir faciədir. Həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Xəsarət alanlara isə Uca Tanrıdan tezliklə şəfa arzulayırıq.
Hal-hazırda baş vermiş hadisə ilə bağlı ölkə rəhbərimiz, cənab Prezident, bütün lazimi müvafiq tapşırıqları verib. Komissiyalar fəaliyyət göstərir. Dövlət qurumlarının qəzanın baş vermə səbəbləri ilə bağlı xalqımızı bütün araşdırmalar bitəndən sonra məlumatlandıracaqlarına əminik. Həlak olan ailələrin, o cümlədən xəsarət alanlarla bağlı dövlətimizin yüksək səviyyədə qayğı göstərəcəyinə inamımızı ifadə edirik.
Bu hadisəni başqa cür yozanlar və yenə qara niyyətlərini ortaya qoyan müəyyən siyasi şəxsləri qətiyyətlə qınayırıq. Bu cür yanaşmalar bizim dəyərlərimizə və milli-mənəvi xarakterimizə tamamilə zidd yanaşmadır. Xalqımız həmişə bu kimi çətin günlərdə daima öz dövlətinin yanında olub. Bundan sonra da öz dövlətimizə bağlılığımızı qoruyaraq, dünyada baş verən hadisələrin törətdiyi fəsadlara uyğun şəkildə birliyimizi daha da möhkəmləndirəcəyik.
Cənab Prezidentə, o cümlədən dövlət qurumlarımıza olan inamımızı və etimadımızı həmrəyliyimizlə daima nümayiş etdirməliyik. Çünki biz əminik ki, dövlətimiz etibarlı və güclü siyasi əllərdədir.
Lakin bəzi vətəninə xəyanət yolunu seçən nankorların, hətta ölkəmizə başsağlığı verən dövlətlərə və bu hadisənin özünə rişxəndlə yanaşmaları, bir daha onların nadanlığının bariz nümunəsidir. Belə davranışla ölkəmizə qarşı düşmənçilik nümayiş etdirən, istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən nanəciblərə öz yerlərini göstərməyi bacarmalıyıq.
Bəşəriyyətin belə kövrək və həssas məqamında zərbələrin dövlətimizdən yan keçməsi üçün diqqətli, təmkinli və səbrli davranmalı, belə çirkin niyyətli siyasi oyunbazlara vaxtında və layiqli cavab verməli, həmrəyliyimizi daha da gücləndirməliyik.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see401

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see359

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see353

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see343

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see296

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see287

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see282

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see272

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see262

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see255

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see248

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see247

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see242

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see233

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see221

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see219

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see217

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see207

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see206

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri