Icma.az
close
up
RU
Hepatit Bdən özümüzü necə qoruyaq?

Hepatit Bdən özümüzü necə qoruyaq?

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Hepatit B çox yayılmış virusdur. İnsan orqanizminə düşdükdən sonra virus qan axını ilə qara ciyərə çatır və burada qara ciyər hüceyrələrinə (hepatositlər) daxil olaraq çoxalmağa başlayır.

Orqanizmin immun sistemi buna cavab olaraq virusa yoluxmuş hepatositləri məhv etməyə başlayır. Məhv olunmuş hepatositlər çapıq toxuması ilə əvəz olur. Təbii ki, çapıq toxuması hepatositlərin funksiyalarını yerinə yetirə bilmir və bu da müxtəlif pozulmalara səbəb olur. Bu proses sürətlə getdikdə insanda qara ciyər sirrozu kimi ağır pozulma inkişaf edə bilər ki, bu pozulma insanın həlak olmasına səbəb ola bilər.

Hepatit B qan vasitəsilə xəstə insandan sağlam insana keçir. Lakin hepatit B xəstə insanın digər bioloji mayelərində də (sperma, göz yaşları, ağız suyu, sidik, nəcis) aşkar olunur və bu o deməkdir ki, bu mayelər sağlam insanın zədələnmiş dərisinə və ya selikli qişalarına və ordan da qana düşdükdə, virus sağlam insana keçə bilər. Virus hətta gözə görünməyən mikrotravmalardan sağlam insanın orqanizminə daxil ola bilər. Dərinin və selikli qişalarının tamlığı pozulmadıqda, bu mümkün deyil.

Həmçinin hepatit B cinsi yolu ilə xəstə insandan sağlam insana keçə bilər (30% hallarda). Hamiləlik zamanı virus xəstə anadan dölə doğuş zamanı və ya hamiləlikdə ciftin tamlığı pozulduqda (məsələn, amniosentez zamanı) keçə bilər.

Bu virus çox davamlıdır və xarici mühitdə uzun müddət ərzində (1 həftəyə kimi) qala bilir. Virus hətta qurumuş və görünməyən qan ləkələrində - ülgücün, qayçıların, tibbi alətlərin üzərində, iynələrin ucunda və s. - qalır. Məhz virusun belə davamlılığına görə hepatit B-yə yoluxanların sayı da çoxdur və artmağa davam edir. Son illər hepatit B-yə qarşı peyvənd vurulur ki, bu da xəstəliyin yayılmasını azaldır.

Əksər hallarda hepatit B 20-49 yaş arası insanlarda aşkar olunur. İnkişaf etmiş ölkələrdə uşaqlar və yeniyetmələr hepatit B-dən peyvənd olunur və bu da xəstəliyin azalmasına səbəb olur.

İnsan bu virusa pirsinq, tatu, manikür, pedikür zamanı yoluxa bilər.

Hepatit B-yə həmçinin xəstəxanalarda və stomatoloji kabinetlərdə yoluxmaq mümkündür.

Hepatit B orqanizmə düşdükdən sonra müəyyən müddət ərzində (2 aydan 6 aya kimi) özünü heç bir simptomla büruzə vermir. Buna inkubasiya dövrü deyilir. Lakin bu müddət ərzində bu insan digərləri virusa yoluxdura bilər. Daha sonra infeksiya özünü bu kimi simptomlarla büruzə verir:

- yorğunluq, halsızlıq

- hərarətin artması

- iştahanın azalması

- sarılıq (dəri və göz almaları sarı rəng alır)

- sağ qabırğaaltı nahiyəsində diskomfort

- oynaqlarda ağrılar

- sidiyin rəngi tündləşir (tünd çaya oxşayır, köpüklüdür), nəcisin rəngi açıq olur.

Bu simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır. Həkim xəstəyə qanın xüsusi analizlərini təyin edəcək. Kəskin hepatit B əksər hallarda sağalma ilə nəticələnir.  Adətən kəskin hepatit B zamanı xüsusi virus əleyhinə preparatlar təyin olunmur. Həmçinin kəskin hepatit B xroniki formaya keçə bilər.

Bəzi hallarda virus orqanizmə düşdükdən sonra kəskin hepatit B inkişaf etmir, infeksiya dərhal xroniki formaya keçir. Bu əksər hallarda immun sistemi zəif olan insanlarda baş verir.

Xroniki hepatit B zamanı simptomlar adətən daha az ifadə olunur. Xəstə yorğunluq, halsızlıq,  qara ciyər nahiyəsində diskomfort hiss edə bilər, dərinin saralması meydana çıxa bilər. Bu halda mütləq hepatoloqa müraciət etmək lazımdır. Hepatit B müasir virus əleyhinə preparatların köməyi ilə çox uğurla müalicə olunur.

Xroniki hepatit B zamanı qara ciyərin funksiyaları saxlanılıbsa, virus əleyhinə müalicə təyin olunmur. Əks halda xəstəyə virus əleyhinə müalicə təyin olunur. Nəzərinizə çatdıraq ki, belə müalicə uzunmüddətli və bahalıdır. Belə xəstələr daim hepatoloqun nəzarəti altında olmalı və qan analizləri verməlidir.

Müalicəsiz buraxılmış hepatit B gecikmiş mərhələlərdə qara ciyərin sirrozuna və qara ciyərin xərçənginə səbəb ola bilər.

Hal hazırda bu virusa qarşı peyvənd hazırlanıb və bu peyvənd çox yaxşı nəticələr verir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see412

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see301

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see283

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see269

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see267

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see260

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see259

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see242

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see220

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see218

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see216

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see212

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see210

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see207

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see200

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see199

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see193

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see192

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see189

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri