Icma.az
close
up
RU
“Həqiqətən də büdcədə bunun üçün vəsait yoxdu”

“Həqiqətən də büdcədə bunun üçün vəsait yoxdu”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin "Football-plus.az"a müsahibəsi
- Komandanız "Qarabağ"la oyunda geridödüş etdi. Bununla bağlı təəssüratınız necədi? 
- Ən vacibi, bizi sevindirən odu ki, gözəl oyun oldu. Təbii ki, qələbəyə həmişə sevinirik. “Qarabağ” kimi böyük komandadan alınan hər xal bizi xoşbəxt eləməyə bilməz. Azarkeşlərimizə təşəkkür edirik. Onlar göstərdilər ki, “Turan Tovuz”un təkcə yaxşı yox, həm də pis günündə də yanında ola bilirlər.
- Bu mövsüm “Qarabağ”ın məğlub edə bilmədiyi yeganə komandasız. “Qarabağ”a qarşı xüsusi hazırlaşırsız? 
- Xeyr. “Qarabağ” böyük komandadı. Çempionatımızdakı hər bir komanda “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayır. O cümlədən də biz. Xüsusi bir hazırlığımız yoxdu. Belə nəsib olur.
- “Qarabağ” üzərində qələbələr klub rəhbəri kimi sizin özünüzün gələcəklə bağlı motivasiyanıza necə təsir edir?
- Azərbaycan futbolunda “Qarabağ”ın rolu misilsizdi. Bu qələbələrimiz çempionatın maraqlı olmasına gətirib çıxarır. Bu məğlubiyyətlər “Qarabağ”ın özünə də faydalıdı. Rəqabət artdıqca keyfiyyətli iş əmsalı ortaya çıxır.
- “Turan Tovuz” “Kəpəz”ə uduzur, sonra “Qarabağ”a qalib gəlir. Çempionatın səviyyəsini necə dəyərləndirirsiz?
- Çempionatda artıq autsayder yoxdu. Hər komanda ciddi rəqibdi. Bunu görürük. İldən-ilə çempionatımızda baxımlılıq artır. Bunun üçün təşkilatçılara, PFL-ə və AFFA-ya təşəkkürümü bildirirəm. Xüsusən də qeyd etməliyəm ki, hakimlər komitəsindəki dəyişiklik çempionatımıza müsbət yanaşıb. Bizi gözəl günlər gözləyir.
- Legioner limitinin ləğvi ilə bağlı fikirləriniz necədi? 
- Tam mövqe sərgiləmək yanlış olardı. Çünki mən limitin ləğvini elə əsaslandıraram ki, hamı bunu dəstəkləyər. Əsaslı səbəblər var. Yaxud da əksinə. Ləğv olunmamasını də eyni cür əsaslandıra bilərəm. Biz, sadəcə, müddətə etiraz edirik. Çünki uzunmüddətli müqavilələrimiz var. Lakin qərar qəbul olunsa, ayaq uyduracağıq.
- İlyarımdı AFFA “Turan Tovuz”un stadionunun ot örtüyünün dəyişdirilməsi üçün vəsait ayırmır. Hansısa dəyişiklik varmı? 
- Bizim onların səmimiyyətinə qətiyyən şübhəmiz yoxdu. Həqiqətən də büdcədə bunun üçün vəsait yoxdu. Lakin müzakirə gedir. Biz bu məsələni ona görə gündəmdə saxlayırıq ki, sabah maliyyə olarsa, ilk bu məsələ həll olunsun. Çünki biz bu işə öz nöqteyi-nəzərimizdən yox, futbolumuzun inkişafı baxımından baxırıq. Gələcəkdə ortaq bir yol tapıb, gedəcəyik. 
- Ot örtüyünün dəyişdirilməsi ilə bağlı planınız necədi? 
- Martdan tez düşünə bilmərik. Həmin vaxt klubun İdarə Heyətinin toplantısı olacaq və orda qərar veriləcək ki, qazonu nə vaxt dəyişririk.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri