Icma.az
close
up
RU
Gənəgərçək yağı saç üçün həqiqətən faydalıdır?

Gənəgərçək yağı saç üçün həqiqətən faydalıdır?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Gənəgərçək (kastor) yağı uzun illərdir saç baxımında istifadə olunan təbii vasitələrdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, onun tərkibindəki bəzi maddələr saçın və baş dərisinin sağlamlığına müsbət təsir göstərə bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə Health.com elmi araşdırmalara istinadən məlumat yayıb.
Məlumata görə, gənəgərçək yağı Ricinus communis bitkisinin toxumlarından əldə edilir və iltihabəleyhinə, antibakterial xüsusiyyətləri ilə tanınır.
Saça hansı faydaları var?
Araşdırmalara əsasən, yağın əsas tərkib hissəsi olan risinolein turşusu güclü nəmləndirici təsir göstərir. Yağın tərkibindəki yağ turşuları saç follikullarına nüfuz edərək saç telini dərin qatlara qədər nəmləndirir. Bu isə saçın daha parlaq, yumşaq və sağlam görünməsinə kömək edə bilər.
Bundan əlavə, gənəgərçək yağının baş dərisindəki bəzi problemlərə, o cümlədən saç follikullarının iltihabı (follikulit) zamanı faydalı ola biləcəyi bildirilir. Elmi icmallar onun göbələk və bakteriyalara qarşı təsir göstərə biləcəyini, bunun da infeksiya və qıcıqlanma riskini azaltmağa kömək etdiyini göstərir.
Tədqiqatlar həmçinin risinolein turşusunun saç follikullarının kiçilməsinə səbəb olan müəyyən maddələrin təsirini zəiflədə biləcəyini göstərir. Bu isə saçın təbii böyümə dövrünün qorunmasına və tökülmənin azalmasına dəstək verə bilər.
İstifadə zamanı ehtiyatlı olmaq lazımdır
Mütəxəssislər xəbərdarlıq edirlər ki, gənəgərçək yağı bəzi insanlarda allergik reaksiya və ya kontakt dermatit yarada bilər. Bu zaman dəridə qaşınma, qızartı və qıcıqlanma müşahidə oluna bilər.
Bu səbəbdən yağı ilk dəfə istifadə etməzdən əvvəl az miqdarda biləyin iç hissəsinə çəkərək allergiya testi aparmaq tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, sağlam və gur saçlar üçün yalnız xarici qulluq kifayət etmir. Balanslı qidalanma, kifayət qədər zülal və amin turşularının qəbulu, eləcə də baş dərisinin müntəzəm masajı da saçın möhkəmlənməsinə və sağlam uzanmasına kömək edə bilər.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri