Icma.az
close
up
RU
Həqiqətən də dövlət çevrilişinə cəhd olub Kaxa Kaladze

Həqiqətən də dövlət çevrilişinə cəhd olub Kaxa Kaladze

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Həqiqətən də dövlət çevrilişinə cəhd olub. Biz heç kimə dövlət çevrilişi edib cəmiyyəti parçalamağa imkan verməyəcəyik”.

Globalinfo.az bunu Tbilisi meri Kaxa Kaladze Vesti.az-a müsahibəsində deyib. APA-ya istinadən müsahibəni təqdim edirik.

– Bütün dünya Tbilisiyə baxır və Gürcüstanda nə baş verdiyi ilə bağlı maraqlanır. Onlara nə deyə bilərsiniz?

– Həqiqətən də dövlət çevrilişinə cəhd olub. Bu, uzun müddətdir ki, hazırlanır və bu işdə xaricilərin əli var. Ukraynada baş verən hadisələrin təkrarlanması üçün konkret qeyri-hökumət təşkilatlarına və partiyalara birbaşa maliyyə ayrılıb. Ancaq cəmiyyət gördü ki, Tiflisdə “Milli Maydan” baş tutmadı və biz heç kimə dövlət çevrilişi edib cəmiyyəti parçalamağa imkan verməyəcəyik. Biz ölkədə sabitliyi qoruyacağıq ki, bu da indiki vəziyyətdə həm region, həm də dünya üçün önəmlidir. Biz hər yerdə hansı proseslərin getdiyini görürük, ona görə də bu gün sülh və əmin-amanlığın alternativi yoxdur.

– Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hazırda müxalifətlə iqtidar arasında qarşıdurma daha da güclənir.

– Qarşıdurmaya gəlincə, gördünüz ki, bir neçə gün əvvəl müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirilib, orada ictimaiyyət bütün bunların haradan idarə olunduğunu, bu zorakılıq hərəkətlərinin kimdən gəldiyini , kimin bunları təqviq etdiyini gördü.

Bunun arxasında konkret siyasi partiyalar və onların rəhbərləri dayanırdı, baxmayaraq ki, onlar ictimaiyyətə deyirdilər ki, biz siyasətçilərin bununla heç bir əlaqəsi yoxdur, burada olanlar sadə vətəndaşlardır, amma xalq reallığı gördü, hansı proseslərin getdiyini gördü.

Müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra yəqin ki, iki gün ərzində etirazçılar tərəfindən zorakılığın olmadığını gördünüz. Bu, hər kəsin iştirak etmək hüququna malik olduğu dinc nümayiş idi. Amma zorakılıq baş verən kimi, bunun ardınca dövlət tərəfindən müvafiq reaksiya veriləcək.

– Gürcüstan hara gedir və “Gürcü arzusu” Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdıra biləcəkmi?

– Bizim ən mühüm istiqamətimiz müstəqillik və onun möhkəmlənməsidir. Bunun üçün əcdadlarımız, əvvəlki nəsillərimiz qanlarını töküblər və biz ölkənin suverenliyini qorumaq üçün əlimizdən gələni edəcəyik, heç kimə imkan verməyəcəyik ki, ölkəmiz hansısa böyük ölkənin maraqlarını həyata keçirmək üçün kimsə tərəfindən istifadə edilsin. Bizdə sülh olacaq, iqtisadi inkişafımız olacaq və təbii ki, biz layiqli Avropa gələcəyini istəyirik!

Biz Avropadan danışırıq, o nəyi ilə maraqlıdır?

Avropa bizə əziz olan əsas fundamental dəyərlərin üzərində dayanıb. Bu, bu gün görmədiyimiz ədalətdir. Biz Gürcüstana qarşı ancaq ədalətsiz rəftar və şantaj görürük. Namizəd statusu məsələsində belə idi, indi danışıqların açılması/bağlanması ilə bağlı baş verənlər də məhz budur, yalnız ədalətsizlik və şantaj. Ölkədə qorunan söz və ifadə azadlığı bizim üçün önəmlidir, mülkiyyət hüquqlarının qorunması vacibdir. Biz hamımız bunu bu şəkildə edirik, yalnız bundan sonra Avropa İttifaqına layiqli üzv olmaq haqqında düşünürük.

– Gürcüstanla Azərbaycan arasında ikitərəfli əlaqələr haqqında nə deyə bilərsiniz? Nəsə dəyişə bilər?

-Dəyişəcək yeganə şey o olacaq ki, ölkələrimiz arasında münasibətlər daha da dərinləşəcək. Biz dost xalqlarıq, Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu, özünü bir çox cəhətdən göstərir. Bu dostluq daha da möhkəmlənəcək. Hər ikisində sülh olacaq – həm Azərbaycanda, həm Gürcüstanda, həm də bütövlükdə regionda sülh olacaq. Və bu birliklə biz daha da güclü dövlətlər olacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri