Icma.az
close
up
RU
Tbilisi meri Kaxa Kaladze: Həqiqətən də dövlət çevrilişinə cəhd olub MÜSAHİBƏ

Tbilisi meri Kaxa Kaladze: Həqiqətən də dövlət çevrilişinə cəhd olub MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

APA Tbilisi meri Kaxa Kaladzenin Vesti.az-a müsahibəsini təqdim edir:

- Bütün dünya Tbilisiyə baxır və Gürcüstanda nə baş verdiyi ilə bağlı maraqlanır. Onlara nə deyə bilərsiniz?

- Həqiqətən də dövlət çevrilişinə cəhd olub. Bu, uzun müddətdir ki, hazırlanır və bu işdə xaricilərin əli var. Ukraynada baş verən hadisələrin təkrarlanması üçün konkret qeyri-hökumət təşkilatlarına və partiyalara birbaşa maliyyə ayrılıb. Ancaq cəmiyyət gördü ki, Tiflisdə “Milli Maydan” baş tutmadı və biz heç kimə dövlət çevrilişi edib cəmiyyəti parçalamağa imkan verməyəcəyik. Biz ölkədə sabitliyi qoruyacağıq ki, bu da indiki vəziyyətdə həm region, həm də dünya üçün önəmlidir. Biz hər yerdə hansı proseslərin getdiyini görürük, ona görə də bu gün sülh və əmin-amanlığın alternativi yoxdur.

- Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hazırda müxalifətlə iqtidar arasında qarşıdurma daha da güclənir.

- Qarşıdurmaya gəlincə, gördünüz ki, bir neçə gün əvvəl müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirilib, orada ictimaiyyət bütün bunların haradan idarə olunduğunu, bu zorakılıq hərəkətlərinin kimdən gəldiyini , kimin bunları təqviq etdiyini gördü.

Bunun arxasında konkret siyasi partiyalar və onların rəhbərləri dayanırdı, baxmayaraq ki, onlar ictimaiyyətə deyirdilər ki, biz siyasətçilərin bununla heç bir əlaqəsi yoxdur, burada olanlar sadə vətəndaşlardır, amma xalq reallığı gördü, hansı proseslərin getdiyini gördü.

Müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra yəqin ki, iki gün ərzində etirazçılar tərəfindən zorakılığın olmadığını gördünüz. Bu, hər kəsin iştirak etmək hüququna malik olduğu dinc nümayiş idi. Amma zorakılıq baş verən kimi, bunun ardınca dövlət tərəfindən müvafiq reaksiya veriləcək.

- Gürcüstan hara gedir və “Gürcü arzusu” Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdıra biləcəkmi?

- Bizim ən mühüm istiqamətimiz müstəqillik və onun möhkəmlənməsidir. Bunun üçün əcdadlarımız, əvvəlki nəsillərimiz qanlarını töküblər və biz ölkənin suverenliyini qorumaq üçün əlimizdən gələni edəcəyik, heç kimə imkan verməyəcəyik ki, ölkəmiz hansısa böyük ölkənin maraqlarını həyata keçirmək üçün kimsə tərəfindən istifadə edilsin. Bizdə sülh olacaq, iqtisadi inkişafımız olacaq və təbii ki, biz layiqli Avropa gələcəyini istəyirik!

Biz Avropadan danışırıq, o nəyi ilə maraqlıdır?

Avropa bizə əziz olan əsas fundamental dəyərlərin üzərində dayanıb. Bu, bu gün görmədiyimiz ədalətdir. Biz Gürcüstana qarşı ancaq ədalətsiz rəftar və şantaj görürük. Namizəd statusu məsələsində belə idi, indi danışıqların açılması/bağlanması ilə bağlı baş verənlər də məhz budur, yalnız ədalətsizlik və şantaj. Ölkədə qorunan söz və ifadə azadlığı bizim üçün önəmlidir, mülkiyyət hüquqlarının qorunması vacibdir. Biz hamımız bunu bu şəkildə edirik, yalnız bundan sonra Avropa İttifaqına layiqli üzv olmaq haqqında düşünürük.

- Gürcüstanla Azərbaycan arasında ikitərəfli əlaqələr haqqında nə deyə bilərsiniz? Nəsə dəyişə bilər?

-Dəyişəcək yeganə şey o olacaq ki, ölkələrimiz arasında münasibətlər daha da dərinləşəcək. Biz dost xalqlarıq, Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu, özünü bir çox cəhətdən göstərir. Bu dostluq daha da möhkəmlənəcək. Hər ikisində sülh olacaq - həm Azərbaycanda, həm Gürcüstanda, həm də bütövlükdə regionda sülh olacaq. Və bu birliklə biz daha da güclü dövlətlər olacağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Dekabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri