Həqiqi sülh təhqir və hədə qorxu üzərində qurulmur İran XİN
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həqiqi sülh təhqir, hədə-qorxu və qəsb üzərində qurulmur.
Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.
"Müharibə, blokada, sanksiyalar və güc təhdidlərində birbaşa iştirak edən tərəf İranın cavabını rədd edir", - o bildirib və əlavə edib ki, əsas problem sülh yox, təhdid və təzyiq vasitəsilə siyasi iradənin qəbul etdirilməsidir.
"İran aydın prinsipləri vurğulayır: müharibənin daimi dayandırılması və onun təkrarının qarşısının alınması, dəymiş zərərin kompensasiyası, blokadanın aradan qaldırılması, qanunsuz sanksiyaların ləğvi və İranın hüquqlarına hörmət. Bunlar maksimalist tələblər deyil. Bu, qeyri-qanuni güc tətbiqi ilə başlamış böhrana son qoymaq üçün hər hansı ciddi, davamlı və BMT Nizamnaməsinə uyğun sazişin minimumudur", - o qeyd edib.
İran xarici işlər nazirinin müavini əlavə edib ki, atəşkəsdən danışıb blokadanı davam etdirmək olmaz.
"Bu, diplomatik ritorika pərdəsi altında məcburetmə siyasətinin davamıdır", - Qəribabadi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 12 May 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















