Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Dövlət başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasət uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən geniş bəhs etdi. Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlarımız, Azərbaycanın sabit və təhlükəsiz ölkə olması dünyanın diqqətindədir. Ölkəmizin iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınmasında da bu amillərin rolu böyükdür. Cənab İlham Əliyev bildirdi ki, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini həm siyasi, həm iqtisadi müstəvidə görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Dövlət başçısı İlham Əliyev müsahibəsində ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu əsaslı şəkildə diqqətə çatdırdı. Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üün aktullığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Cənab İlham Əliyevin son 22 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu gün böyük fəxr hissi ilə işğadan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs ediriksə, bu, ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Azərbaycan bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bildirdi ki, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir: “Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki bizim böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinqə malik olmağa imkan verir. Bizim müvafiq dövlət təsisatları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. Çünki bu, təkcə prestij məsələsi deyil, baxmayaraq ki, belədir. Bu, həm də bizə, xüsusilə indi borc götürməyə qərar verdiyimiz bir dönəmdə daha yaxşı şərtlərlə borc götürməyə imkan verir. Odur ki, mən hökumətə borc götürməyi dayandırmağı tapşıranda hədəfim xarici borcu ÜDM-in 10 faizindən daha aşağı səviyyəyə gətirmək idi və indi o, ÜDM-in 6,3-6,4 faizini təşkil edir”.
Prezident İlham Əliyev müsahibəsində milli-mənəvi dəyərlər mövzusunda Azərbaycan dilinin qorunmasını və saflaşdırılmasını da ön plana çəkdi. Dilin milli kimliyin əsas dayaqlarından biri olduğu vurğulandı və gələcək nəsillərə zəngin, təmiz formada ötürülməsinin vacibliyi qeyd edildi. Müsahibədə, həmçinin turizm sahəsində əldə olunan nailiyyətlərə də diqqət yönəldildi. Təhlükəsizlik, coğrafi mövqe, müasir infrastruktur və mədəni müxtəliflik Azərbaycana diqqət və marağı artıran əsas amillər kimi təqdim olundu. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















