Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Sülhü qorumaq üçün də güclü olmalıyıq

Sülhü qorumaq üçün də güclü olmalıyıq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev əsasını qoyduğu ənənəyə uyğun olaraq, Yeni İlin əvvəlində, yanvarın 5-də yerli televiziya kanallarına geniş müsahibə verdi. Müsahibə həm açıq mətnlə ifadə olunan, həm də sətiraltı mesajlarla kifayət qədər zəngindir. Bu ismarıclardan bir daha aydın oldu ki, beynəlxalq hüququn nəzərə alınmadığı, bəzən isə məqsədli şəkildə tapdalandığı müasir dövr böyüklü-kiçikli bütün aktorlardan ayıq-sayıqlıqla yanaşı, güclü olmağı tələb edir. Əks təqdirdə, istənilən dövlətin milli maraqları ciddi təhdidlərlə üzləşə bilər. 

Bu əminliyin arxasında şahidi olduğumuz dünya reallığı dayanır. Bir çox xalqların təcavüz və işğal aktı ilə üzləşməsinə, hüquqlarının kobud şəkildə pozulmasına baxmayaraq, BMT başda olmaqla əksər beynəlxalq təşkilatlar bu cür özbaşınalıq qarşısında ya acizlik nümayiş etdirir, ya da arxasında heç bir ciddi təsir mexanizmi dayanmayan, yalnız söz yığnağından ibarət bəyanatlarla kifayətlənir. Ölkəmizin təcrübəsinə gəldikdə isə, Azərbaycan işğal dövründə siyasi riyakarlığın daha iyrənc təzahürləri ilə üz-üzə qalmışdı. Dünyanın üç aparıcı, üç nüvə dövləti vasitəçi qismində Ermənistanın işğalına sülh yolu ilə son qoymaq öhdəliyini üzərinə götürsə də, 28 il boyunca yalnız işğalın ömrünü uzatmaqla məşğul oldu. Sözdə beynəlxalq hüququn aliliyindən danışsalar da, əməldə bunun əksini etdilər. Təcavüzə son qoymaq və ədaləti bərpa etmək əvəzinə, yeganə işləri işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında “bərabərlik” işarəsini qoymaq oldu. BMT Təhlükəsizlik Şurasının ölkəmizə aid məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalmasının əsas səbəblərindən biri də elə bu cür siyasi riyakarlıqdan doğan erməni təəssübkeşliyi ilə bağlı idi. Ədalətsizlik və qərəz elə həddə çatmışdı ki, “Azadlığa dəstək aktına” 907-ci düzəliş işğalçı Ermənistana qarşı tətbiq edilməli olduğu halda, 1992-ci ilin oktyabrında təcavüzə məruz qalan Azərbaycana qarşı tətbiq edildi. 

Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynaya dəstək verənlər, Rusiyaya qarşı sanksiya siyasəti yürüdənlər, Ukrayna ərazisində separatçı yuvaların məhvini və separatçıların zərərsizləşdirilməsini təşviq edənlər işğalçı Ermənistana münasibətdə bunların heç birini etmədilər. Əksinə, vasitəçilərdən biri Ermənistanı əvəzsiz olaraq silahlandırdı, ikincisi ona maliyyə dəstəyi göstərdi, üçüncüsü isə siyasi legitimliyini təmin etməyə çalışdı. Riyakarlığın son həddi də o oldu ki, 907-ci düzəlişin, əslində isə sanksiya qərarının Azərbaycana qarışı tətbiqi guya Ermənistanın “blokadaya” alınması ilə əsaslandırıldı. Halbuki Ermənistanın həm Gürcüstanla, həm də İranla sərhədləri açıq idi. Türkiyə ilə sərhədlər isə yalnız 1993-cü ildə bağlandı. Bu cür ədalətsizliyin bir səbəbi ABŞ-də mövcud olan erməni lobbisinin senator və konqresmenlərə təsir imkanları ilə bağlı idisə, digər səbəbi də AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyətindən, o cümlədən qeyri-peşəkar diplomatiyasından qaynaqlanırdı. 

Yalnız 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ Prezidentinin imzası ilə 907-ci düzəlişin qüvvəsi dayandırıldı və bu, 2024-cü ilə qədər davam etdi. ABŞ Əfqanıstandan çıxdıqdan sonra, artıq Azərbaycanın köməyinə ehtiyac qalmadıqda, 907-ci düzəliş Bayden-Blinken administrasiyası tərəfindən yenidən qüvvəyə mindirildi. Təkcə bu faktın özü bir daha sübut edir ki, dünyanın ən güclü və demokratiya beşiyi sayılan ölkəsində belə, siyasi liderlərin qərəzli mövqeyi dövlətlərarası münasibəti zədələyə və hətta böhran vəziyyətinə çatdıra bilir. Qərəzin kökü isə yenə də 1992-ci ilə söykənirdi. Sonralar ABŞ-nin Vitse-prezidenti və Prezidenti olmuş Co Bayden 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişin qəbulunu ən çox müdafiə edən senatorlardan biri idi. Prezident İlham Əliyev müsahibədə bu tarixi faktın üzərində xüsusi dayanaraq, həm cəmiyyətimizə, həm də ABŞ-nin indiki rəhbərliyinə belə bir mesaj verdi: “Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”.

Müasir Azərbaycan təcrübəsi bir daha sübut edir ki, hətta siyasi-iqtisadi müstəqilliyini təmin etmiş çox az sayda ölkə bu cür qərəzli münasibətə sinə gərə və sonda öz haqqını bərpa edə bilir. Dövlətlərarası münasibətlərdə, xüsusilə indiki mürəkkəb geosiyasi şəraitdə isə, bir çox ziddiyyətli məsələlərin həlli liderlərin siyasi iradəsindən və şəxsi nüfuzundan əhəmiyyətli dərəcədə asılıdır. Dünyanın ABŞ kimi ən güclü dövlətinin rəhbəri də görəndə ki, görüşdüyü Lider bütün maneə və təzyiqlərə baxmayaraq, öz xalqının milli maraqlarını və tarixi ədaləti bərpa edə bilib, həmin Liderə, onun təmsil etdiyi dövlətə münasibətini kökündən dəyişir. 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarının ərsəyə gəlməsində və hərbi Qələbəmizin siyasi müstəvidə də təsbit olunmasında Lider faktorunun rolu danılmazdır. Prezident Donald Trampın həmin görüşdə Azərbaycan Prezidentinə “Siz böyük lidersiniz”, -deyərək müraciət etməsi bir daha bu gerçəkliyi əks etdirir. ABŞ Prezidentinin 907-ci düzəlişin qüvvədən salınması ilə bağlı qərarının arxasında da ədalətin bərpası mövqeyi ilə yanaşı, qalib Azərbaycanın güclü Liderinə inam və etimadı dayanır. Prezident İlham Əliyev tərəfindən ötən il əldə olunmuş nailiyyətlər sırasında Vaşinqton razılaşmalarının xüsusi vurğulanması əsla təsadüfi deyil. Çünki hərbi Qələbəmizin siyasi müstəvidə təsbit olunmasına məhz Ağ Evin sahibi şahidlik etdi. Prezidentin növbəti mesajı həmin gerçəkliyi əks etdirir: “Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu”.  

Bununla yanaşı, o da danılmaz həqiqətdir ki, hərbi və siyasi Qələbəmizi həzm edə biməyən xarici dairələr, Ermənistanın havadarları, o cümlədən erməni lobbisi hələ də sakitləşmək istəmir və onlar bu gün də fəaliyyətdədir. Avropa Parlamentinin son qərəzli qətnaməsi, Zəngəzur dəhlizi ilə bağlı qısqanc bəyanatlar bu fəaliyyətin yalnız görünən tərəfidir. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, müsahibədə Zəngəzur dəhlizinin açılacağına əminliyini bir daha ifadə etdi. Dövlətimizin başçısı onu da xatırlatdı ki, dəhlizin Ermənistandan keçən hissəsi Prezident Donald Trampın adını daşıyır və bu reallıqla barışmaq istəməyənlər hansı siyasi risklərlə üzləşə biləcəklərini indidən nəzərə almalıdırlar. Elə bu səbəbdən, Prezident Vaşinqton razılaşmalarına qarşı çıxmaq həvəsinə düşən dairələrə açıq mətnlə bu mesajı da verdi: “Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur... Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.

İstər işğal dövründə, istərsə də tarixi Qələbəmizdən sonra ölkəmizin milli maraqlarına qarşı çıxan dairə və aktorların ünvanı cəmiyyətimizə yaxşı məlumdur. Zəngəzur dəhlizi ilə bağlı narazılıq edən və qısqanc bəyanat verənlər də eyni dairələrdir. O da həqiqətdir ki, başqa coğrafiyalarda beynəlxalq hüququn pozulması da elə bu dairələrlə bağlıdır. İşğal dövründə Azərbaycana münasibətdə “öz müqəddəratını təyinetmə” bəhanəsini ərazi bütövlüyünün toxunulmazlığı prinsipindən üstün tutan dairələr bu gün həmin münasibəti başqa xalqlara qarşı göstərirlər. Prezident İlham Əliyevin müsahibədə diplomatik üslubda verdiyi, kifayət qədər ciddi sətiraltı məna daşıyan mesajlarından biri məhz belə aktorlarla bağlı oldu: “Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir”. Prezident diplomatik mesajını eyni üslubda davam etdirərək, öz vədini asanlıqla unudan, sözü ilə əməli üst-üstə düşməyən dairələrə həm də bu ismarıcı göndərdi: “Axı, bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər də baş verib, diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik”. 

Müsahibədə toxunulan mövzuların əhatə dairəsi o qədər geniş və mesajların məna dərinliyi o qədər çoxşaxəlidir ki, onları qısa bir yazı ilə əhatə etmək mümkünsüzdür. Lakin, zənnimcə, ölkə ictimaiyyətinə ünvanlanan ismarıcların əsas məqsədi dövlət maraqlarının və milli təhlükəsizliyimizin qorunması yollarını təsbit etmək, onları cəmiyyətimizə göstərməkdir. Bu mənada Prezidentin ana dilimizin saflığının mühafizəsi ilə bağlı fikirləri xüsusi diqqət çəkir və yalnız ziyalılarımızın deyil, həm də hər birimizin üzərinə konkret vəzifələr qoyur. Çünki dünya təcrübəsi də sübut edir ki, istənilən dövlətin gücü yalnız siyasi-iqtisadi imkanları və hərbi potensialı ilə ölçülmür. O xalq, o dövlət əsl güc sahibinə çevrilir ki, milli-mənəvi dəyərlərini yaşada və milli kimliyinin atributlarını qoruya bilir. Yalnız belə yanaşma dövlətin milli təhlükəsizlik məsələsinə davamlı şəkildə köklənməsinə təminat verir. Prezident İlham Əliyevin müsahibədə cəmiyyətimizə verdiyi ən mühüm mesajlardan biri də elə bununla bağlı oldu: “Ancaq dil o amildir ki, milləti millət edir... Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz... Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Prezident İlham Əliyevin təhsil və elmlə bağlı mesajı isə yalnız rəsmi qurumlarımıza deyil, həm də valideyn və fərd olaraq hər birimizə ciddi çağırışdır. Çünki dil saflığının qorunması qədər, Prezidentin bu çağırışı da Azərbaycanın daha uğurlu və daha inamlı sabahına xidmət edir: “Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik”. 

Prezident bu çağırışı ilə cəmiyyətimizə bir daha çatdırdı ki, dövlətin gücü yalnız o zaman davamlı olur ki, o, milli-mənəvi dəyərləri ilə tamamlanır. Ölkənin rifahı və əmin-amanlığı da məhz bu cür dəyərlərin qorunmasından, elm və təhsilin inkişaf səviyyəsindən asılıdır. Bununla yanaşı, onu da unutmamalıyıq ki, bəzi dairələr tarixi Qələbəmizlə hələ də barışa bilmir. Fərqli ünvanlardan gələn təzyiqlər, qərəzli qətnamələr, qısqanc bəyanatlar və zaman-zaman ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyası elə bu cür ədalətsiz münasibətin təzahürüdür. Prezident İlham Əliyevin verdiyi növbəti mesajın arxasında elə bu reallıq, içində olduğumuz mürəkkəb geosiyasi şərait dayanır: “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.  

Bugünkü dünya reallığı ilə yanaşı, tarixdən öyrəndiklərimiz də sübut edir ki, hətta sülhü qorumaq üçün də mütləq güclü olmalıyıq. 

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri