Icma.az
close
up
RU
Hər bir azərbaycanlının işi dilin saflığının qorunması!

Hər bir azərbaycanlının işi dilin saflığının qorunması!

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qloballaşmanın meydana çıxardığı çağrışlardan biri də milli dillərin qorunması ilə bağlıdır. Reallıq həqiqətən çox kədərlidir. Verilən məlumatlara görə, ötən hər gün ölü dillərin siyahısı genişlənir və milli dillər üçün təhdidlər daha da artır. Etiraf edək ki, təhdidlər Azərbaycan dili üçün də yox deyil və bu, bir sıra amillərdən qaynaqlanır. Prezident İlham Əliyev bu günlərdə Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dilimizin saflığının qorunması ilə bağlı növbəti dəfə narahatlığını bildirib və elm adamlarına, geniş ictimaiyyətə mühüm çağırışlar edib. “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Heydər Əliyevin səyləri sayəsində Azərbaycan dilinə dövlət dili statusunun verilməsi

Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Eyni zamanda, biz qürur duyuruq ki, Azərbaycan dili müstəqil respublikamızın rəsmi dövlət dili statusuna malikdir. Dilimizin belə yüksək status qazanmasınadək isə uzun yol qət edilib ki, burada da xalqına, milli-mənəvi dəyərlərimizə həmişə möhkəm tellərlə bağlı olmuş böyük siyasətçi Heydər Əliyevin müstəsna xidmətləri olub. Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Buna baxmayaraq, o dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq oub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən  Heydər Əliyev 73-cü maddənin aşağıdakı redaksiyada verilməsi təklifini irəli sürüb: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, ötən əsrin 70-ci illərində Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilib, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılıb. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülüb.

Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan dili uğrunda mücadiləsini 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra davam etdirib. Müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif müzakirələr aparılırdı.

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılıb, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb.

Dilin inkişafını və saflığının qorunmasını hədəfləyən çoxsaylı tədbirlər

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunub. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan çox ədəbiyyat kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilib. Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə ölkə Prezidenti  2007-ci il avqustun 24-də daha bir sərəncam imzalayıb. Həmin sərəncama əsasən Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı”nın nəfis şəkildə nəşri nəzərdə tutulub. Prezidentin 30 dekabr 2007-ci il tarixli sərəncamı ilə həmin əsərlərin siyahısı təsdiqlənib, 18 sentyabr 2008-ci il tarixli ?ərəncamla isə sözügedən nəşrlərin maliyyələşdirilməsi təmin edilib.

O cümlədən Prezident İlham Əliyev qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunmasını, saflığının təmin edilməsini hədəfləyən bir sıra sənədlər imzalayıb.  Dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları,  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

Geniş ictimaiyyətin üzərinə də böyük məsuliyyət düşür

Qloballaşma şəraitində dilin saflığının qorunmasına dövlətin güclü siyasi iradə ortaya qoyması və bu məqsədlə ardıcıl tədbirlər görməsi öz yerində. Burada geniş ictimaiyyətin, hər birimizin məsuliyyəti də böyükdür. Dilin daşıyıcısı xalqdır. Buna görə də cəmiyyət bu məsələyə həssas yanaşma ortaya qoymasa, dilimizin qorunması ilə bağlı arzulanan nəticələrin əldə edilməsi mümkün deyil. İlk növbədə ana dilini mükəmməl bilməsi, övladlarına bu dildə yaxşı təhsil verməsi hər bir azərbaycanlılnın mənəvi məsuliyyətidir. Gənclərin xarici dil biliklərinə yiyələnmələri nə qədər yaxşıdırsa, bu, heç bir  halda ana dilinin arxa plana keçirilməsi hesabına edilməməlidir. Ictimai yerlərdə, dövlət müəssisələrində dövlət dilinin lazımi səviyyədə işlənilməsi təmin olunmalıdır.

Daha bir vacib məsələ zərurət olmadığı halda dilə əcnəbi sözlərin daxil edilməsi ilə bağlıdır. Azərbaycan dilinin lüğət tərkibi kifayət qədər zəngindir və istənilən fikri bu dildə sərbəst şəkildə ifadə etmək mümkündür. Di gəl ki, bəzi şəxslər zərurət olmadığı halda hansısa bir anlayışı əcnəbi sözlərlə ifadə etməyi üstünlük kimi dəyərləndirirlər. Belələrinin nəyə dəyər vermələri onların öz işidir. Ancaq söhbət dildən gedirsə, bu artıq şəxsi məsələ sayıla bilməz. “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri