Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Dilin saflığının qorunması hər birimizin məsuliyyətidir

Qulu Məhərrəmli: Dilin saflığının qorunması hər birimizin məsuliyyətidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Dilin saflığı və təmizliyi ilk növbədə o dildə danışan insanların məsuliyyətindən asılıdır. Bu məsələdə isə qəzetlər, jurnallar, kitablar, televiziya, radio və müasir internet platformaları ön sırada dayanır. Yazılı mətbuat dilin zəngin və səliqəli yazı nümunələrini yaradırsa, şifahi media dilin işləkliyini, təmizliyini və düzgünlüyünü geniş auditoriyaya çatdırır.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist, ictimai xadim və professor Qulu Məhərrəmli söyləyib.

Professorun fikrincə, son illərdə dilin tətbiq dairəsi xüsusilə sosial şəbəkələrdə genişləndikcə, dil qaydalarının pozulması, ədəbi norma və üsluba biganəlik daha çox nəzərə çarpır. “İstifadəçilərin dil bilgisi müxtəlif səviyyədə olduğuna görə, dilə yad elementlərin, yersiz söz və ifadələrin daxil olması dilin saflığına ciddi zərər vurur”,- deyə Q.Məhərrəmli bildirib.

Problemi şərh edən Əməkdar jurnalist deyib: “Media qurumlarının redaksiya siyasətində dil və üslub məsələlərinə xüsusi diqqət ayrılmalıdır. Peşəkar kadrların, xüsusilə redaktorların, korrektorların, üslub mütəxəssislərinin fəaliyyəti bu sahədə böyük əhəmiyyət daşıyır. Faktların düzgünlüyü, sözlərin yerində və dəqiq işlədilməsi, üslubda ardıcıllıq və aydınlıq media mətnlərinin keyfiyyətini təmin edən əsas amillərdir. Mediada çalışan hər bir şəxsin yüksək dil biliyinə sahib olması vacibdir. Dilin normalarına riayət edilməsi, sözlərin öz yerində işlədilməsi, fikrin dəqiq, aydın və anlaşıqlı şəkildə ifadəsi həm peşəkarlığın göstəricisidir, həm də cəmiyyətə nümunədir. Müşahidə olunan dil nöqsanlarının böyük hissəsi ana dilinin qaydalarını, yazı normalarını və şifahi nitq xüsusiyyətlərini lazımi səviyyədə bilməməkdən irəli gəlir. Bunun isə yeganə həlli yolu var. Dili yaxşı öyrənmək, düzgün danışmaq, səliqəli yazmaq və fikri aydın şəkildə ifadə etmək. Dilin saflığının qorunması hər birimizin məsuliyyətidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri