Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Hər bir azərbaycanlının qürur mənbəyi, dövləçiliyimizin rəmzi!

Hər bir azərbaycanlının qürur mənbəyi, dövləçiliyimizin rəmzi!

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalqı xoşbəxtdir ki, Tanrı Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş edib. Məhz Ulu Öndərin möhtəşəm dövlətçilik zəkası sayəsində xalqımız müstəqil dövlətə sahib olub, demokratik inkişaf yolu keçərək hazırkı tərəqqi və sosial rifah mərhələsinə çatıb, dünya birliyində öz layiqli yerini tutubdur.

Azərbaycan tarixinin 30 ildən artıq zəngin siyasi dövrü Heydər Əliyevin müdrik dövlətçilik kursu ilə sıx bağlıdır. Xalqımız bu şərəfli və qürurlu tarixi mərhələni haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi dəyərləndirir.

Ümummilli Lider Heydər Əliyev XX əsrdə unikal idaretmə təcrübəsi və uzaqgörən siyasəti sayəsində respublikamızı keçmiş SSRİ-də yüksək inkişaf mərhələsinə ucaltmış, sovet hökumətinin ali hakimiyyət strukturlarında əvəzolunmaz xidmətlər göstərmiş, türk dünyasının nəhəng siyasi xadiminə çevrilmişdir.

Heydər Əliyev bir-birinə zidd olan iki sistemin - sosializm və demokratik cəmiyyət şəraitində respublikamıza başçılıq etmiş, hər iki cəmiyyətdə özünün islahatçı iş üslubu və dəmir iradəsi ilə dövlət sistemində köklü dəyişikliklərə nail olmuşdur. 1970-ci ilə qədər ittifaq respublikaları içərisində geridə qalan, az qala böhrana düçar olan Azərbaycanı bu ağır sosial-iqtisadi vəziyyətdən çıxarmış, milli inkişaf və intibaha çatdırmışdır. Azərbaycan həmin dövrdə SSRİ-də yeganə olan Bakı Məişət Kondisionerləri zavodu, regionun ən nəhəng elektrik stansiyası, Cənubi Qafqazın ən iri Poladtökmə zavodu, neft sənayesi üçün vacib olan Bakı Dərin Özüllər Zavodu və bir çox iri müəssisələri istifadəyə verməklə sovetlərin güclü sənaye mərkəzlərindən birinə çevrilmişdi.

Respublikamızın iqtisadi həyatına böyük sənaye inqilabı kimi daxil olmuş 1969-1982-ci illərdə sənaye istehsalı 2,7 dəfə artmaqla milli gəlirinin ümumi həcmini 2,5 dəfə artırmışdı, minlərlə yeni iş yerlərinin yaradılması insanların rifahını yüksəltmişdi.

Ulu öndər Azərbaycanın milli özünüdərk, milli dövlət ideyasının da müəllifidir. Onun birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyanın sovet imperiyası tərəfindən məhv edilməsinin qarşsını alınmış, milli kimliyimiz qorunub saxlanılmış, Azərbaycançılıq ideologiyası inkişaf edərək müstəqillik amalının gerçəkləşməsinə təkan vermişdir.

Ümummilli lider Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə dövlətə, dövlətçiliyə sadiq olmuş, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində işləyərkən respublikamızın inkişafı üçün yorulmaz iradəsini nümayiş etdirmiş, doğma Vətənində ən mühüm proqramların gerçəlşəməsinə nail olmuşdur. Onun yüksək dövlət vəzifələrində çalışarkən ən böyük məramı və məqsədi Azərbaycanı müstəqilliyə qovuşdurmaq idi. Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi. Azərbaycanın bir çox atributları qalmış, yaşamışdı. Cəmiyyət totalitar sistemdən çıxaraq demokratiya hüdudlarına keçmişdi. Bütün bunlar müstəqil dövlətin bərpası üçün dərin zəmin yaratmışdı.

Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yeni başlandığı çətin və mürəkkəb dövrdə dövləti idarə edəcək güclü liderə ehtiyac vardı. Bu çətin tarixi günlərində ölkə rəhbərliyi Azərbaycanın xilası üçün Heydər Əliyevin zəngin idarəçilik qüdrətindən istifadə etmək əvəzinə, milli birlik olmaq əvəzinə Onun Bakıya gəlişinə imkan vermədilər. Ulu öndər həmin dövrdə doğulduğu doğma torpağa - Naxçıvana getmək məcburiyyətində qaldı. Ancaq Onun bu gedişi Xilaskarlıq missiyasının növbəti akkordu idi. Bütün bölgələrində olduğu kimi Naxçıvanda da ağır ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə fəallaşan hərbi toqquşmaları Muxtar Respublikanın sabahını təhlükə ilə üzləşdirmişdi. Heydər Əliyev həyatına qarşı təhlükələrə, tarixin ağır və sərt sınaqlarına rəğmən, böyük bir məsuliyyəti çiyinlərinə götürdü və 1990-cı ilin iyul ayında isə doğulduğu Naxçıvana gələrək bu fəlakətin qarşısını aldı. Qardaş Türkiyə ilə birgə “Ümid” körpüsünü açmaqla Muxtar Respublikanı ağır blokadadan çıxardı.

Ulu öndər Heydər Əliyev Naxçıvanda dağınıq və nizamsız Azərbaycanın milli həmrəyliyini, xalqın milli ideya ətrafında sıx birləşməsini təmin etdi, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli bayrağını qaldıraraq, Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxararaq dövlətçilik instututlarını bərqərar etməyə başladı. Bu, eyni zamanda parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanın müstəqilliyinin təminatı, siyasi taleyi üçün yeni dövrün əsasını qoydu.

1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya Sədr seçilməsi dövlət qurucluğunun möhkəm təməllərinin də qoyulması demək idi. Onun 1993-cü ilin iyun ayında Qurtuluş hərəkatını zəfərlə başa çatdıraraq Azərbaycanda ikinci şərəfli siyasi missiyaya başladı. İlk növbədə, aramsız davam edən təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını aldı, atəşkəsə nail olaraq peşəkar nizami Milli Ordumuzun formalaşmasını təmin etdi.

O dövrdə keçmiş iqtidar tərəfindən valyuta ehtiyatları, büdcəsi soyğunçuluqla bitirilmiş ölkənin iqtisadi imkanlarını səfərbər etmək, ölkənin hətta neft-qaz sənayesini dirçəltmək, milli sahibkarlıq sinfini formalaşdırmaq, eləcə də, xarici sərmayəçiləri ölkəyə cəlb etmək çox çətin idi. Xarici investorları ölkəyə gətirmək, onları inandırmaq olduqca böyük siyasi məharət tələb edirdi ki, bunu da Heydər Əliyev ustalılqa həyata keçirdi. Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin kontraktı” ölkəmizin siyasi və iqtisadi həyatında növbəti bir dönüş nöqtəsi hesab edilə bilər.

Bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Neftdən əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi və prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Dövlət Neft Fondu yaradıldı. Ulu öndərin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fəlsəfəsinə söykənilərək Fondunun başlıca məramı fəaliyyətə başladığı gündən bu ümdə prioritetlərə yönəldilib.

Ulu öndər böyük demokrat, siyasi qətiyyət sahibi idi. O, yeni siyasi münasibətlər sisteminin əsasını qoyaraq demokratik islahatların müəllifi kimi xatırlanır. Bilavasitə Onun təşəbbüsü ilə müstəqil Azərbaycanda qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir. Heydər Əliyevin xarakterində əyilməzlik, vüqarlılıq, möhtəşəmlik Onu həm də Vətənin, dövlətin böyük Sərkərdəsi kimi Ucalığını göstərir.

Heydər Əliyevin gələcəyi, idealları Onun siyasi kursunun davamlılığındadır. O, sona çatdıra bilmədiyi taleyüklü işləri, dövlət kursunu cənab İlham Əliyevə əmanət etməklə bir daha uzaqgörənliyini göstərdi. 2003-cü ildə xalqa müraciətində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırırdı. Ulu öndər İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəyinə əmin idi. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyiniz və dəstəyi ilə İlham Əliyevin başa çatdıracağına inanırdı. O, bu əminliyində tamamilə haqlı idi.

Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə üzərində Azərbaycanı gücləndirərək artan iqtisadi imkanları ilk növbədə ordu quruculuğuna yönəltdi. Qüdrətli ordumuzun rəşadəti, iqtisadi gücümüz və artan beynəlxaql nüfuzumuz sayəsində Ulu öndərin müqəddəs vəsiyyətini yerinə yetirdi. Ərazi bütövlüyümüz təmin edərək üçrəngli bayrağımızı bütün torpaqlarımızda, Qarabağın tacı olan Şuşada, mili ləyaqət ünvanızmız olan Xankəndidə qürurla dalğalandırdı.

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ən qürurlu mərhələsini yaşayır. Ulu öndər 21 ildir ki, cismən aramızda olmasa da, xalqımızın hər an qəlbindədir, çünki O əbədiyaşarlıq qazanıb. Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyi, Azərbaycanın rəmzidir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Dekabr 2024 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri