Icma.az
close
up
RU
Hər bir Azərbaycanlının dövləti

Hər bir Azərbaycanlının dövləti

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan hökuməti Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfərini ləğv edib. Rəsmi Bakı indiki halda Rusiya rəsmilərinin Azərbaycana, Azərbaycan rəsmi şəxslərinin Rusiyaya səfərlərinin əhəmiyyətsiz olduğunu bildirib.

Bu, Azərbaycan dövlətinin Rusiyaya etirazıdır. Səbəb Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburqda Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdir.

Məlum olduğu kimi, iyunun 27-də Yekaterinburq şəhərində Rusiya FTX əməkdaşları bu şəhərdə onillərlə yaşayan və işləyən dinc insanların - Azərbaycanlıların evlərinə və iş yerlərinə basqın edərək, onları döyüb, ağır formalarda işgəncələr verib, həbs edib. Bu qeyri-insani rəftar nəticəsində iki nəfər - Zeynəddin və Hüseyn Səfərov qardaşları həlak olub, başqa xeyli Azərbaycanlı da zərər çəkib. Ağır bədən xəsarətləri ilə xəstəxanaya düşənlər var.

Azərbaycan dövləti bununla bağlı Rusiyaya dərhal öz etirazını bildirib. Rusiya tərəfi bununla bağlı "izahat" verib; baş verənlərin guya "cinayətkar dəstə" ilə mübarizə çərçivəsində əməliyyat olduğunu bildirib. Ancaq bu "izahat", təbii ki, Azərbaycan tərəfini qane etməyib və edə bilməzdi. Ona görə də Rusiya baş nazirinin müavini Overçukun səfəri ləğv edilib. Azərbaycan bu hadisələrdə təqsirkar olan FTX əməkdaşlarının adekvat şəkildə cəzalandırılmasını tələb edir. Rusiya tərəfi "cinayətkar dəstə" haqda danışır. Bəli, Yekaterinburqda baş verənlərdə cinayətkar dəstə iştirak edib və həmin dəstə FTX əməkdaşlarından ibarətdir.

Azərbaycan tərəfinin etirazı və tələbləri tamamilə haqlı və əsaslıdır. Bu, onu göstərir ki, Azərbaycan dövləti dünyanın harasında olursa-olsun, öz vətəndaşlarını, təkcə vətəndaşlarını da deyil, başqa ölkələrin vətəndaşları olan etnik Azərbaycanlıları müdafiə edir, onları tək, köməksiz, hüquqsuz vəziyyətdə taleyin ümidinə buraxmır.

İranla İsrail arasında 12 günlük hava müharibəsində də bunu gördük; Azərbaycan İsrailə dəfələrlə müraciət edərək, soydaşlarımızın yaşadığı ərazilərdə mülki əhaliyə, mülki infrastruktura zərər vurmamağı xahiş, hətta tələb etmişdi. İsraillə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Ancaq rəsmi Bakı İranda yaşayan etnik Azərbaycanlıların təhlükəsizliyini həmin günlərdə özü üçün daha önəmli saymışdı. Eynilə Rusiyada yaşayan Azərbaycanlılara qarşı törədilmiş hadisələrə də adekvat münasibət göstərilir.

Aleksey Overçuk iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Rusiya tərəfdən həmsədridir. O, Bakıya yeni iqtisadi layihələri müzakirə etməyə, qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün danışıqlar aparmağa gəlirdi. Ancaq Azərbaycan məlum Yekaterinburq hadisələri fonunda Overçuku qəbul etməkdən imtina etdi. Bu, onu göstərir ki, Azərbaycan öz vətəndaşı olan, ya olmayan - fərqi yoxdur, hər bir soydaşımızı, onların təhlükəsizliyini hər cür dövlətlərarası münasibətlərdən belə ön sıraya qoyur. Bu, dövlətin insan simasını göstərir, vətəndaşına, millətə verdiyi ən yüksək dəyərdən xəbər verir.

Əlbəttə, dövlətlər arasında siyasi, iqtisadi əlaqələr davam etməlidir, edər, tərəfdaşlıq da, ticarət də lazımdır. Ancaq millətə qarşı ədalət olmayan yerdə, Azərbaycanlılara zülm, zillət olan yerdə ticarət də gözləyər bir az. Əvvəlcə ədalət öz yerini tapmalıdır. Azərbaycan dövlətinin yanaşması budur.

Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu demişdi. Bu, özünü doğruldub. Hətta o, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının lideri olduğunu göstərir. Sadəcə, sözlə deyil, əməldə göstərir. Bu, çox ciddi, müsbət məziyyətdir.

Rusiya tərəfi də bu reallığı, bu haqlı mövqeni qəbul etməlidir; öz ərazisində yaşayan Azərbaycanlılarla - etnik Azərbaycanlı vətəndaşları ilə cinayətkarcasına davranmağa son qoymalıdır. Bu hadisələri törədənlər "hüquq mühafizə orqanı əməkdaşı" adlana bilməz və ən əsası, cəzasız qala bilməz. Rusiya, doğrudan da, dövlətdirsə, Azərbaycanın haqlı etirazını qəbul edər və buna uyğun addımlar atar. Günahkarları cəzalandırar. Əgər, orda cinayətkar dəstənin deyil, dövlətin iradəsi hakimdirsə.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyun 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri