Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır AÇIQLAMA
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 5 sentyabr, AZƏRTAC
Şuşaya səfər edən bəzi şəxslərin qayaların və daşların üzərinə müxtəlif adlar yazması ilə bağlı yayılan görüntülər biz itkin-şəhid ailələrində ciddi narahatlıq doğurur.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı "Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.
Azərbaycanın müxtəlif şəhər və rayonlarında şəhidlərin xatirəsinə ucaldılmış çoxsaylı abidələr, memorial komplekslər, parklar və xiyabanlar mövcud olduğunu bildirən K. Behbudova şəhidlərin ruhuna hörmət etmək istəyən hər kəsi ilk növbədə onun uğrunda can verdiyi Vətənin daşına, tarixinə, təbiətinə və mədəni irsinə hörmət etməyə çağırıb.
“İctimai və ya şəxsi əmlaka, tarixi və mədəniyyət obyektlərinə, şəhər infrastrukturuna zərər vurulması adi davranış kimi qəbul edilməməlidir. Xüsusilə Şuşa kimi tarixi şəhərdə belə hərəkətlər yolverilməzdir. Hər bir daş, hər bir divar, hər bir tarixi məkan xalqımızın yaddaşının bir parçasıdır və onu qorumaq hər birimizin vətəndaşlıq borcudur",- deyə QHT sədri deyib.
Müxbir - Günel Türksoy
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Sentyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















