Icma.az
close
up
RU
Hər bir uşağın sülh şəraitində təhsil almaq və inkişaf etmək hüququ var

Hər bir uşağın sülh şəraitində təhsil almaq və inkişaf etmək hüququ var

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Hər il sentyabrın 9-u dünyada Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. 2020-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasında məqsəd silahlı münaqişələr zamanı təhsil müəssisələrinin dağıdılmasına, müəllim və şagirdlərin həyatına təhlükə yaranmasına diqqət cəlb etmək, beynəlxalq ictimaiyyəti təhsil hüququnun müdafiəsinə səfərbər etməkdir.

BMT-nin müvafiq qətnaməsinə əsasən, dövlətlər təhsil müəssisələrinin hərbi məqsədlər üçün istifadə olunmaması, uşaq və gənclərin müharibə qurbanına çevrilməməsi üçün öhdəlik götürürlər. UNESCO və UNICEF bu çərçivədə hər il təhsilə qarşı hücumlarla bağlı hesabatlar dərc edərək dünya ictimaiyyətinə çağırışlar edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov bildirib. O, təhsilin hücumlardan qorunmasının vacibliyini vurğulayıb: “Təhsil hər bir uşağın toxunulmaz hüququdur, uşaqların təhsildən məhrum edilməsi isə onların gələcəyinin əlindən alınması deməkdir. Təhsil müəssisələrinə yönəlmiş hücumlar öz təsirini uzun müddət göstərir, insan kapitalının inkişafına mənfi təsir göstərir, təhsildən kənarda qalan uşaqlar isə sosial inteqrasiya və cəmiyyətdə dayanıqlı mövqe formalaşdırmaq imkanlarından məhrum olurlar. Deməli, təhsilin müdafiəsi yalnız hüquqi məsələ deyil, həm də dayanıqlı sülhün, sosial-siyasi sabitliyin və davamlı inkişafın təminatıdır”.

Murad Ağalarov qeyd edib ki, Azərbaycan xalqı təhsilin hücumlardan müdafiəsinin əhəmiyyətini öz tarixi təcrübəsində dərin şəkildə yaşayıb. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü nəticəsində yalnız torpaqlar deyil, həm də milli-mənəvi dəyərlərin və sosial institutların təməl sütunlarından biri olan təhsil sistemi ciddi zərər görüb. Rəsmi statistikaya görə, ölkəmizdə yüzlərlə məktəb və uşaq bağçası dağıdılıb, bir çox təhsil ocaqları hərbi məqsədlər üçün istifadə edilib və nəticədə on minlərlə uşaq və yeniyetmə doğma məktəblərindən məhrum olub. Təhsildən uzaq düşən bu uşaqların bilik qazanmaq, sosiallaşmaq və inkişaf imkanlarının kəskin şəkildə məhdudlaşması bütövlükdə cəmiyyətin intellektual potensialına ağır zərbə vurub.

Azərbaycan dövləti münaqişənin bitməsindən dərhal sonra işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verdi. Bu prosesin prioritet istiqamətlərindən biri məhz təhsil müəssisələrinin yenidən inşa edilməsi oldu. Yeni məktəblərin tikilməsi, müasir tədris infrastrukturlarının qurulması, müəllimlərin bölgəyə cəlb edilərək kadr potensialının təmin edilməsi və şagirdlərin təhlükəsiz şəraitdə təhsil hüququnun bərpası dövlətin strateji hədəfləri sırasında dayanan mühüm məsələlərdəndir. Beləliklə, həyata keçirilən bərpa-quruculuq işləri yalnız tikinti prosesi deyil, həm də vaxtilə dağıdılmış ümidlərin, yarımçıq qalmış arzuların, pozulmuş təhsil imkanlarının dirçəldilməsi deməkdir.

Uğurla atılan bu addımlar, eyni zamanda, bütün dünyaya təhsilin hücumların hədəfi deyil, inkişafın və sabitliyin əsas təminatı olması mesajını verir.

Təhsil müəssisələrinin dağıdılması insanlığa qarşı cinayət, onların yenidən qurulması isə bəşəriyyətin gələcəyinə verilən ümid işığıdır. Azərbaycan nümunəsi göstərir ki, təhsilin bərpası yalnız milli səviyyədə deyil, beynəlxalq müstəvidə də dayanıqlı sülh və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən təhsilin müdafiəsi yalnız milli məsələ deyil, beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Buna görə də Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi olaraq biz təhsil müəssisələrinin hərbi hücumların hədəfinə çevrilməməsi, gələcəyin qorunması naminə beynəlxalq ictimaiyyətin öhdəliklərini daha ciddi icra edəcəklərinə inanırıq. Çünki təhsilin hücumlardan qorunması, cəmiyyətin sosial-mədəni davamlılığının və intellektual potensialının təmin edilməsinə xidmət edir və bu, bəşəriyyətin gələcəyə daha inamlı və perspektivli addımlamasının əsas şərtlərindən biridir.

Bütün bunlar bizə təkcə Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günündə deyil, sağlam və xoşbəxt gələcəyin yetişməsi üçün daim mübarizə aparmaq lazım olduğunu xatırladır. Axı hər bir uşağın sülh şəraitində təhsil almaq və inkişaf etmək hüququ var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri