Icma.az
close
up
RU
Hər bir xalqın özünəməxsus dili onun varlığının və özünəməxsusluğunun təsdiqidir

Hər bir xalqın özünəməxsus dili onun varlığının və özünəməxsusluğunun təsdiqidir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

Ulu Öndər Heydər Əliyev

Dil bir millətin simasıdır. Bir xalqı yaşadan da onun dilidir. Budur ki, ana dilini bilmək və ona hörmək etmək, qiymət vermək hər bir vətəndaşın birinci vəzifəsidir. Nə qədər dil bilirsən bil, öz ana dilini unutmaq olmaz.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan dili müxtəlif dövrlərdə dövlət dili kimi elan edilsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Azərbaycanın ən parlaq səhifələri Ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra yazıldı. Bir millətin ana dili dövlət dili kimi statusa malik olması, özü də elə bir dönəmdə, bu bir böyük tarixdi, özü də qızıl səhifəli tarix. Bu tarıxın səhifələri məhz o vaxtdan Heydər Əliyev ana dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Bu yüksəliş bir daha ana dilimizi qorumaq qüdrətimizi və ona sahib çıxmağımızı sübut etdi.

Dil cəmiyyətə və sosial interqrasiyaya təsir edən həyatı əhəmiyyət kəsb edən amildir. O həm də fərdinin hər tərəfli inkişaflna təsir edir. Dil xalqın irsini qorunması və gələcək nəsillərə ötürülməsi üçün vasitələrdən biridir.

Nə milli kadrların hazırlanmasında, nə azərbaycan dilin inkişaf edilməsində, nə ana dilin istifadə olunmasına nə diqqət yetirilirdi, nə də bir ciddi addım atılırdı. Mədəni və iqtisadi tənəzzülə aparan yolların qarşısını məhz Heydər Əliyev ideası aldı. 70-85-ci illərdə aparılan islahatlar Azərbaycanın milli ruhlu yola çıxmasına kömək etdi. Elə o illərdə Heydər Əliyev fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. İkinci hakimiyyət dövründə də Heydər Əliyev Azərbaycan dilinə böyük diqqət yetirib.

1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dili qanuni haqqı özünə qaytarıldı və noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.

Heydər Əliyev üçün hər şeydən öndə gənclərdə azərbaycançılıq məfkurəsinin və milli ruhun inkişafı, ana dilinin unudulmaması idi. Odur ki, Azərbaycan dili Dövlət dili kimi qəbul olunması o zamanlar üçün çətin olsa da Heydər Əliyev buna nail oldu. Bu akt Azərbaycan SSRİ-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Sovet dövründə bu cəsarətli addım idi. Heydər Əliyevin ikinci hakimiyyət dövründə də bu məsələ diqqətdən kənarda qalmadı. Heydər Əliyev 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. 2001-ci ildə Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas məqsədi dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılması və Dövlət Dil Komissiyasının yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalandı və hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Möhtərəm Prezident İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar verdi.

Azərbaycan klassiklərinin ittifaq səviyyəsində yubileylərin keçirilməsi, Azərbaycan mədəniyyətinin tanınması, Azərbaycan dilinin geniş tətbiqi, Azərbaycanın elm, ədəbi və mədəni sahələrində ön mövqeyə çıxması Heydər Əliyevin adı ilə bağlıdır.

Bir millətin yüksəlişi öz taleyinə sahiblənmək, dövlətini qurub və qorumaq qüdrətinin sübutudur. Dövlətin müstəqilliyini, ana dilimizi qorumaq və gələcək nəsilə ötürmək hər birimizin borcudur. Ana dilinin təbliğilə bağlı keçirilən tədbirlər qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan cəmiyyətin formalaşması üçün də vacibdir. Dünyanın 5 qitəsində təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlıları yaşayır. Uzun müddət Vətəndən kənarda yaşamaqlarına baxmayaraq öz ana dillərini unutmamışlar. Bu ana dilimizə verilən bir dəyərdir. Azərbaycanlılar hər zaman öz adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, Vətənlə əlaqələrini itirməmişlər.

Hal-hazırda da doğma dilimizə, milli adət ənənələrimizə həsasla yanaşılır. Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən cənab prezident İlham Əliyev bu sahəyə böyük diqqət yetirir. Cənab prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı imzaladı. Beləliklə kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirildi və milli kitabxana fondu zənginləşdirildi.

Cənab Prezident İlham Əliyev: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”

Cənab Prezident İlham Əliyev apardığı dövlət quruculuğu siyasətində ana dilinin qorunması məsələlərinə həmişə önəm verib. Bunu ölkə Prezidentinin müxtəlif tədbirlərdəki çıxışları zamanı söylədiyi fikirlər sübut edir.

Ana dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin vətəndaşlıq borcudur.

Şəhla Xəlilova

“H.Cavid pr. 131” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see224

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see171

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see141

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see140

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see134

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see131

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri