Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Susanna Useinova: Özbək rəqsi xalqın özünəməxsus dilidir

Susanna Useinova: Özbək rəqsi xalqın özünəməxsus dilidir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, AZƏRTAC

Özbək milli rəqsi bir neçə fərqli regional rəqs məktəbini özündə birləşdirir. Bu məktəblərin hər biri ifa tərzinə, musiqi müşayiətinə, bədən hərəkətlərinə, əl və ayaqların vəziyyətinə, mimikaya və səhnə təqdimatına görə bir-birindən fərqlənir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının baş müəllimi, PhD dərəcəsi üzrə müstəqil namizəd Susanna Useinova məlumat verib.

Onun sözlərinə görə, ənənəvi olaraq Fərqanə, Buxara və Xorəzm rəqs məktəblərini fərqləndirirlər. Surxandərya rəqs ənənəsinin də özünəməxsus xüsusiyyətləri var.

“Hər bir xalqın xarakteri ən dəqiq şəkildə onun rəqs ifa tərzində əks olunur. Bu üslub hər bir bölgənin tarixi, coğrafi və mədəni mühitinin təsiri altında formalaşıb. Mən obrazlı şəkildə üç əsas rəqs məktəbini quşlarla müqayisə edirəm: Fərqanə məktəbini qu quşu, Xorəzm məktəbini bülbül, Buxara məktəbini isə qartalla. Bu müqayisə həmin məktəblərin ifa tərzinə dair şəxsi təsəvvürümü əks etdirir”, – deyə agentliyin müsahibi qeyd edib.

S.Hüseynovanın izahına görə, Fərqanə rəqs məktəbi yumşaqlığı, axıcılığı, lirikliyi və zərifliyi ilə seçilir. Bu məktəbin rəqs obrazları çox vaxt özbək gözəlini, gənc qızı və ya şahzadəni canlandırır. Həmin obrazlar əllərin zərif hərəkətləri, rəvan keçidlər, biləklərin incə dönüşləri və ifadəli baxışlarla yaradılır. Bu ifa tərzində qadın incəliyi, təvazökarlıq, yüngül naz-qəmzə və daxili ahəngdarlıq bir araya gəlir.

Xorəzm rəqs məktəbi isə əksinə, temperamentliliyi, enerjisi və parlaq səhnə ifası ilə fərqlənir. Bu məktəbin rəmzi obrazı cəh-cəh vuran, çevik və ifadəli bülbüldür. Rəqs emosional açıqlıq, dinamiklik, hərəkətlərin virtuozluğu, bədənin, çiyinlərin və başın fəal hərəkəti ilə səciyyələnir.

Rəqsin daha ifadəli görünməsində kostyum da mühüm rol oynayır. Baş geyimindəki sikkələr və sinə bəzəkləri də daxil olmaqla, müxtəlif zinət əşyaları rəqqasənin hərəkətləri ilə birlikdə tərpənərək işıq əkslərinin yaranmasına səbəb olur. Xorəzm və Buxara rəqs ənənələrində rəqqasələrin əllərinə bərkidilən kiçik zənglərdən istifadə olunur. Hərəkətlər zamanı bir-birinə toxunan bu zənglər əlavə ritmik vurğu yaradır. Xoreoqrafın sözlərinə görə, zanglər yalnız rəqs obrazını tamamlamır, həm də xoreoqrafik ifadə vasitələrini zənginləşdirərək rəqsin musiqililiyini artırır.

S.Hüseynova Buxara rəqs məktəbini qürurlu, əzəmətli və vüqarlı qartalla əlaqələndirir. Bu məktəbin ifa tərzində ləyaqət, zəriflik və təmkinli ciddilik xüsusilə nəzərə çarpır. Məktəbin formalaşmasına Buxara əmirliyinin saray mədəniyyəti təsir göstərib. Bunun sayəsində hətta texniki baxımdan mürəkkəb və sürətli rəqs kompozisiyalarında belə səhnə obrazının vüqarı və nəcibliyi qorunub saxlanılıb.

“Bütün regional rəqs məktəblərində əllər və biləklər bədii ifadənin ən mühüm vasitələridir. Bununla belə, barmaqların vəziyyəti, bilək və əllərin hərəkət xarakteri hər məktəbdə fərqlidir. Çiyinlərin, başın və bədənin hərəkətləri, mimika və baxışların ifadəliliyi də xüsusi əhəmiyyət kəsb edir”, – deyə xoreoqraf vurğulayıb.

Özbək milli rəqsi ayrı-ayrı insanların və bütöv bir xalqın tarixini, ənənələrini, məişətini və dünyagörüşünü ifadə etmək imkanına malikdir. Xoreoqrafiyanın köməyi ilə uydurma bədii obrazlar da yaratmaq mümkündür. Məsələn, gənc qız obrazını şahzadələr, gözəllər, çiçəklər, quşlar və təbiət hadisələri vasitəsilə canlandırmaq olar.

“Özbək milli rəqsi xalqın özünəməxsus dilidir. O, hərəkət plastikası, musiqi, kostyum və ifa tərzi vasitəsilə yalnız zahiri gözəlliyi deyil, həm də insanın daxili aləmini, mənəvi açıqlığını, zərifliyini, sirli dünyasını və həyata sevgisini ifadə edir. Bu sənətdə milli estetik dəyərlər və mədəni yaddaş qorunub saxlanılır”, – deyə S.Hüseynova fikirlərini yekunlaşdırıb.

Müxbir – Günel Alıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri