Hər evdə olan bu məhlul ölümcüldür
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son zamanlar bir çox hallarda sirkə turşusu içən şəxslərin ölüm xəbərlərinə rast gəlirik. Bəs sirkə turşusu necə öldürür?
Metbuat.az-ın məlumatına görə, sirkə turşusu güclü kimyəvi maddədir. Adi məişətdə istifadə etdiyimiz sirkə zəif olsa da, yüksək konsentrasiyalı sirkə turşusu insan orqanizmi üçün son dərəcə təhlükəlidir.
Bu maddə bədənə düşdükdə toxumaları yandırır. Ağız, qida borusu və mədədə ağır kimyəvi yanıq yaradır, daxili qanaxmaya səbəb ola bilir. Qana keçdikdə isə orqanizmin turşu–qələvi balansını pozur, bu da ürək, böyrək və sinir sistemi üçün həyati risk yaradır.
Sirkə turşusu həmçinin qanın tərkibini dəyişdirir, hüceyrələrin məhvinə və orqanların fəaliyyətinin dayanmasına gətirib çıxara bilər. Nəticədə şok, orqan çatışmazlığı və ölüm baş verə bilər.
Mütəxəssislər bildirir ki, sirkə turşusu ilə zəhərlənmə təcili tibbi yardım tələb edən ağır haldır və ev şəraitində müalicəsi mümkün deyil.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 15 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















