Icma.az
close
up
RU
Hər gördüyünüzə inanmayın! VİDEO

Hər gördüyünüzə inanmayın! VİDEO

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Dünən gecə saatlarında sosial mediaya mənim "video və fotoşəkillərim" yayıldı. Telefonum isə zəng və mesajlardan dolub daşdı. Qərar verdim ki, cavab verməyim. Anladım ki, bir adamı məhv etmək üçün üç saniyəlik video və bir fotoşəkil bəs edir. Bu gün sosial şəbəkələr, trol orduları, bot fabrikləri elə bir səviyyəyə gəlib çıxıb ki, tülkü tülkülüyünü sübut edənə kimi, dərisi boğazından çıxır. Artıq elə bir dövrdəyik ki, nəinki eşitdiyinə, artıq gördüyünə də inanmaq olmaz. Hər şeyi düzüb-qoşmaq mümkündür. Bir az vaxt aparır, amma mümkünsüz deyil. İllərdir qadınların bəzi şəxslər tərəfindən alçaldılmasının şahidi oluruq. Bu, bəzən ailə daxilində, bəzən təhsil ocaqlarında, qısaca hər yerdə baş verir.

Hər gördüyünüzə inanmayın! - VİDEO

Döyülən, söyülən, hətta öldürülən qadınların bir ortaq cəhəti var. Onların yaxınlarına hansısa sözü, şayiəni çatdırıblar. Bir şayiə, bir söz və sonu ölüm. Bu gün bir daha demək istəyirəm ki, qadının üstünə istənilən ad yapışır. Sadəcə, indi bunu "sübut" etmək üçün daha inandırıcı alətlər var. Süni intellekt alətləri hər şeyə qadirdir. Dünən yaşana biləcək bütün hadisələri gözə alıb sosial eksperimentə getdim. Bunu gənc, yeniyetmə qızlarımız üçün etdim. Etdim ki, qorxmasınlar, etdim ki, gözləri açılsın. Onları kimsə şantaj və təhdid edəndə təslim olmasınlar. Ən vacibi, axı siz özünüz həqiqəti bilirsiniz. Sizə bir video və ya fotoya görə inanmayacaq, sizi qınayacaq insanlar varsa, onları indidən həyatınızdan çıxarın. Çünki çətin məqamda yanınızda olmayacaq insanlar, yaxşı gününüzdə də lazım deyil. Biz bu fədakarlığa, riskə ona görə getdik ki, gələcəkdə heç kim bu "deepfake"lərdən əziyyət çəkməsin. İnsanlar anlasınlar ki, bunu hər kəs sizə qarşı edə bilər. Qisas, pul, bəzən isə sadəcə kimisə məhv etmək üçün.

* Kubra Məhərrəmovanın görüntüləri: Dipfeyklər necə yarandı? - VİDEO - FOTO

Məsələni detallı yazıram. Dünyada məşhur olan "Reface" tətbiqinin prodüseri Polina Kovalevskaya ilə canlı bağlantı zamanı eksperiment elədik. Mənim foto və videolarım süni intellekt alətləri ilə tələb olunan hala gətirildi. Şərti olaraq "əxlaqsız" qadın obrazı yaradıldı. İçki içir, siqaret çəkir. Cəmiyyət üçün trigger və qınaq olunacaq obraz. Hətta istəsəydik, bu "fake Kubra" tam çılpaq, yarıçılpaq da yaradıla bilərdi. Hər şey istəyə və ödənilən pula görə dəyişir. Sanki rəssama pul ödəyirsən ki, sevgilimin rəsmini belə çək. O rəssam da indi süni intellektdir. Bu gün "deepfake" elə səviyyəyə çatıb ki, artıq ekspertlər belə realı saxtadan ayıra bilmirlər. Biz getdikcə sərhədləri pozulan, üfüqləri müəyyən olunmayan dünyada yaşayırıq. Əvvəl deyirdilər hər eşitdiyinə inanma, indi isə hər gördüyümüzə inanmamalıyıq. Çünki artıq istənilən görüntünün kiminsə evini yıxacaq səviyyədə düzəldilməsi mümkündür. Adicə sosial şəbəkələrdəki effekt və maskalar süni intellekt qiyamətinin ilk işartılarıdır. Bir də düşünün ki, bunu peşəkarlar edirlər. Hər detalı işləyirlər. İşıq və kölgəni müəyyən edirlər. Süni intellekt hər gün daha bir yenilik öyrənir və tətbiq edir. Bir valideyn kimi ana-atalara səslənirəm, uşaqlarımız dünyanın ən qəddar dövrünə təsadüf edib. Onları problemləri ilə tək qoymayın. Heç kimin fikri, düşüncəsi övladınızdan daha vacib ola bilməz. Sonda isə zəng edib, mesaj yazan, sosial şəbəkələrdə dəstək olan hər kəsə təşəkkür edirəm. Hər sözünüzlə məni ruhlandırdınız. Özünüzü və balalarınızı qoruyun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see435

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see277

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see276

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see264

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see260

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see259

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see259

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see257

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see255

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see251

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see230

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see207

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see206

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see203

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see194

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see180

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see174

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see167

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri