Icma.az
close
up
RU
Hər gün bir ovuc badam yeməyin inanılmaz faydaları

Hər gün bir ovuc badam yeməyin inanılmaz faydaları

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Sağlam qidalanmada qoz-fındıq məhsullarının xüsusi yeri var. Onların içində badam həm dadı, həm də faydaları ilə seçilir. Mütəxəssislər hər gün bir ovuc badam yeməyin orqanizm üçün əsl “təbii dərman” olduğunu bildirirlər.

Yenisabah.az xəbər verir ki, bdamın ən önəmli üstünlüklərindən biri ürək-damar sağlamlığına təsiridir. Tərkibindəki Omeqa-3 yağ turşuları, E vitamini və antioksidantlar damarların elastikliyini qoruyur, xolesterinin zərərli fraksiyalarını azaldır. Bu da ürək tutması və insult riskini aşağı salır.

Digər mühüm faydası beyin sağlamlığı ilə bağlıdır. Badam “beyin qidası” hesab olunur. İçindəki maqnezium, fosfor və B qrupu vitaminləri yaddaşı gücləndirir, diqqət toplama qabiliyyətini artırır. Bu səbəbdən tələbələrə və uzunmüddətli zehni işlə məşğul olanlara gündəlik menyuya əlavə etmələri tövsiyə edilir. Pepperoni pizza

Badam eyni zamanda orqanizmin enerji anbarıdır. Bir ovuc badam insanın gündəlik enerji ehtiyacının əhəmiyyətli hissəsini qarşılayır. Çox kalorili olsa da, tərkibindəki faydalı yağlar sayəsində çəki artımına səbəb olmur. Əksinə, toxluq hissini artırdığı üçün pəhriz saxlayanların ən yaxşı qəlyanaltılarından biridir.

Cild və saç sağlamlığı üçün də badam olduqca faydalıdır. E vitamini və antioksidantlarla zəngin olduğundan dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır, saçların daha möhkəm və parlaq görünməsinə kömək edir.

Mütəxəssislər xüsusən stress altında çalışan insanlara badam yeməyi məsləhət görürlər. Tərkibindəki maqnezium sinir sistemini sakitləşdirir, yuxunu tənzimləyir, əsəb gərginliyini azaldır.

Hər gün sadəcə bir ovuc – təxminən 20-25 ədəd badam yemək kifayətdir ki, bütün bu faydaları görəsiniz. Lakin miqdarı aşmaq məsləhət deyil, çünki artıq kalori qəbuluna səbəb ola bilər.

Nəticə etibarilə, badam həm sağlamlıq, həm də gözəllik üçün təbiətin ən möhtəşəm hədiyyələrindən biridir. Günə bir ovuc badamla başlamaq, uzun müddət gümrah qalmaq üçün ən sadə üsullardan sayılır.

Əsmətxanım


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri