Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Orqanizm üçün həyati əhəmiyyət kəsb edən vitamin D-nin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elm adamları qida əlavələrinin populyarlaşması ilə dozanın aşılması hallarının kəskin artdığını bildirirlər.
Demokrat.az bildirir ki, "ScienceAlert" portalının yaydığı məlumata görə, bədəndə bu vitaminin normadan çox olması qanda kalsiumun səviyyəsinin təhlükəli həddə çatmasına səbəb olur.
Hiperkalsiemi adlanan bu vəziyyət kalsiumun damarlarda və yumşaq toxumalarda toplanması ilə nəticələnir. Bu isə böyrəklərdə daş yaranma riskini artırır və sümük toxumasının fəaliyyətini pozur. Vitamin artıqlığının əsas əlamətləri kimi ürəkbulanma, zəiflik, əzələ və sümük ağrıları, həmçinin həzm problemləri göstərilir. Ağır hallarda isə böyrək çatışmazlığı və daxili qanaxmalar kimi fəsadlar yarana bilər.
Tədqiqatlar göstərir ki, xüsusilə uşaqlar və yaşlılar bu riskə qarşı daha həssasdırlar. ABŞ-də aparılan araşdırmalara əsasən, son illərdə vitamin D dozasının aşılması ilə bağlı müraciətlərin sayı 16 dəfədən çox artıb. Mütəxəssislər qeyd edirlər ki, gündəlik təhlükəsiz doza əksər insanlar üçün 600-800 beynəlxalq vahid (15-20 mkq) təşkil edir. Həkim təyinatı olmadan yuxarı həddin (4000 BV) keçilməsi tövsiyə olunmur.
Ekspertlər vurğulayırlar ki, vitamin D ehtiyacını əsasən günəş işığı və düzgün qidalanma yolu ilə qarşılamaq mümkündür. Qida əlavələrindən istifadə isə mütləq qaydada laborator analizlər əsasında və tibbi nəzarət altında həyata keçirilməlidir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qışda etdiyiniz bu 3 səhv böyrəklərinizi sıradan çıxara bilər
19 Fevral 2026 04:05
Hər gün etdiyimiz bu səhvlər beyni sıradan çıxara bilər...
19 Oktyabr 2026 18:59
Hər kəs istifadə edir telefonunuzu sıradan çıxara bilər
17 Avqust 2026 09:13
Yuan dolları sıradan çıxara bilər AÇIQLAMA
18 İyun 2025 15:15
Çox darçın yemək qaraciyəri sıradan çıxara bilər
25 Avqust 2026 04:01
Baxış sayı:145
Bu xəbər 15 Aprel 2026 02:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları