Icma.az
close
up
RU
Hər il 18 milyon insanı aparır Bu gün bir sənətçimizi də bizdən aldı...

Hər il 18 milyon insanı aparır Bu gün bir sənətçimizi də bizdən aldı...

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ürək-damar xəstəlikləri əsas ölüm səbəblərindəndir.

Ürək-damar xəstəlikləri bütün dünyada olduğu kimi, həm Azərbaycanda, həm də qardaş Türkiyədə geniş yayılıb və əsas ölüm səbəblərindən biri sayılır.

Yenisabah.az xəbər verir ki, sentyabrın 29-u Ümumdünya Ürək Günüdür. Bu barədə İzmir Buca Seyfi Demirsoy Təhsil və Araşdırma Xəstəxanasının kardiologiya mütəxəssisi, dosent Dr. Sedat Taş məlumat verib. O bildirib ki, hər il Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə keçirilən bu günün əsas məqsədi ictimai maarifləndirmədir. pizza mizza

Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəlikləri çox vaxt səssiz şəkildə irəliləyir. Hazırda dünyada təxminən 612 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Hər il isə 18 milyon nəfər ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Müqayisə üçün, Covid-19 pandemiyası dövründə 7–14 milyon insan vəfat edib. “Hər il iki dəfə artıq insanı ürək-damar xəstəlikləri səbəbindən itiririk. Bu səbəbdən maarifləndirmə çox vacibdir”, – deyə həkim vurğulayıb.

Sedat Taş qeyd edib ki, ürək-damar xəstəlikləri dünyada bütün ölümlərin 32 faizini, Türkiyədə isə 37,2 faizini təşkil edir və bu, ən çox görülən ölüm səbəbidir. Ümumdünya Ürək Federasiyası 2025-ci il üçün “Bir vuruşu qaçırmayın” şüarını elan edib. Kardioloq isə insanlara “Sevdikləriniz üçün ürəyinizin hər döyüntüsünə dəyər verin” çağırışı edib.

Onun sözlərinə görə, 1993-cü ildən bəri dünyada və Türkiyədə ürək-damar xəstəliklərindən ölüm halları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 23–34 yaş arası şəxslər arasında bu səbəbdən ölüm göstəriciləri 52,7 faiz yüksəlib. Piylənmənin gənclər arasında artması, hərəkətsiz həyat tərzi və yanlış qidalanma əsas risk faktorlarıdır.

Qeyd edək ki, bu gün Azərbaycanın Əməkdar artisti də həmin səbəbdən dünyaya gözlərini əbədi yumdu.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri