Icma.az
close
up
RU
Hər il 50 yə yaxın motosiklet qəzası baş verir EKSPERT İZAH EDİR

Hər il 50 yə yaxın motosiklet qəzası baş verir EKSPERT İZAH EDİR

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ömründə velosiped sürməyən şəxs, baxırsan ki, hansısa şirkətə işə düzəlir, motosiklet sürməyə başlayır 


“Yol polisi əməkdaşları motosiklet sürücülərinə xüsusilə diqqət etməli, sürücülük vəsiqələrini yoxlamalı, nəqliyyat vasitəsini idarə etməyə icazəsi olub-olmadığını müəyyən etməlidirlər”


Hər nə qədər yol infrastukturu inkişaf etdirilsə də, yol nişanları quraşdırılsa da, motorsikletlərin iştirakı ilə qəzalar azalmır. Əksinə, artır. Motosikletlərin (mopedlərin də həmçinin) iştirakı ilə baş verən yol-nəqliyyat qəzalarının görüntülərini izlədikdə onların necə sürətlə, yol nişanlarına, işıqfora da məhəl qoyulmadan idarə edildiyi aydın görünür. 

Hətta piyada zolağının üzəri ilə qarşı tərəfə keçənlər də olur. Bir müddət əvvəl DİN-in motosikletlə həm piyada keçidindən, həm də işıqforun qırmızı işığında keçən sürücünün qəzaya səbəb olduğu barədə yaydığı məlumatda qeyd edilirdi ki, müşahidə kamerasının qeydə aldığı bu qəza 8 Noyabr prospektində baş verib:

 “Araşdırmalar hələ də bəzi moped və motosiklet sürücülərinin qaydalara əməl etmədiyini, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaratdıqlarını göstərir. Hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırırıq”, deyə məlumatda qeyd edilirdi. Bu günlərdə motosiklet sürücüsünün iştirakı ilə daha bir qəza törədilib. 1997-ci il təvəllüdlü Rəşad Abbasov idarə etdiyi motosikletlə başqa bir avtomobilə çırpılıb. Hadisə nəticəsində R.Abbasov və motosikletdəki 30 yaşlı qadın ağır xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.


Motosikletlərin iştirakı ilə törədilən yol-nəqliyyat qəzalarının artım səbəbindən danışan sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, hər il orta hesabla Azərbaycanda 50-yə yaxın motosiklet qəzası baş verir. Ölənlərin sayı 10-20 nəfər aralığında dəyişir, yaralananların sayı isə bundan 3-4 dəfə çox olur: 


- Motosiklet, moped, skuterlər… müasir dövrün trendinə çevrilib. Bunun başlıca səbəbi dünyanın digər böyük  meqapolislərində olduğu kimi paytaxt Bakıda da tıxacların olması, yollarda, avtomobillərin hərəkət zolağında hədsiz sıxlığın yaşanmasıdır. Nə qədər vasitələr tapılsa da, yeniliklər edilsə də, şəhər bu yeniliklərlə birgə böyüyür, inkişaf edir, fərdi avtomobillərlə yanaşı, ictimai nəqliyyat növləri də çoxalır, mikro-mobillik artır. Görürük ki, avtomobil yolları artıq bir neçə nəqliyyat vasitəsi üçün zolaqlara ayrılıb. Avtobus zolağı, skuter, velosipedlər üçün ayrıca zolaqlar çəkilib. Bunlar bir tərəfdən əlbəttə müsbətdir, olmalıdır. Amma digər tərəfdən də onsuz da dar olan yolları bir qədər də daraldır. Belə şəraitdə motosiklet və mopedlər ən sərfəli hərəkət vasitəsi sayılır. Motosiklet və mopedlərin yollarda getdikcə daha çox görünməsinin bir səbəbi də ünvandan-ünvana daşınma xidmətidir. Bu da dövrümüzün daha bir trendidir və bunun özü də hardasa, vaxt itkisinin qarşısını almaq istəyindən yaranıb. Yemək, ərzaq, məişət malları, hətta son vaxtlar onlayn aptek xidməti də aktivləşdirilib. “Zəng et, sifariş ver, çatdıraq” xidmətini icra edənlər mopedlərdən, motosikletlərdən istifadə edir, çünki tıxacda qalmaq ehtimalı minimumdur, çevikdirlər, sürətlidirlər, avtomobillərin arası ilə manevr edib ünvana çatdırmanı qısa zamanda həyata keçirirlər. Bir sifarişi tez yerinə yetirib, digərinə keçmək üçün sürət həddini aşırlar. Hansı xidmət sahəsinin əməkdaşı olursa-olsun, yol hərəkəti qaydalarını pozmaq hüququ heç kimə verilmir. Öz həyatlarını da təhlükəyə atırlar, piyadaların, digər hərəkət iştirakçılarının da.   

Ekspert qeyd etdi ki, yol polisi əməkdaşları motosiklet sürücülərinə xüsusilə diqqət etməli, sürücülük vəsiqələrini yoxlamalı, nəqliyyat vasitəsini idarə etməyə icazəsi olub-olmadığını müəyyən etməlidirlər: 

- Ömründə velosiped sürməyən şəxs, baxırsan ki, hansısa şirkətə işə düzəlir, motosiklet sürməyə başlayır. Elə zənn edirlər ki, motosiklet idarə etmək asandır. Amma səhv edirlər. Motosiklet idarə edən şəxsin tarazlığı saxlamaq bacarığı olmalıdır. Yol hərəkəti qaydalarını da dəqiq bilməlidir. Bütün yol hərəkət iştirakçıları, o cümlədən motosiklet, moped, velosiped, hətta skuter sürücüləri, həmçinin piyadalar da qaydalara əməl etməli, qaydaları pozduqları halda məsuliyyət daşıyacaqlarını bilməlidirlər. Motosiklet və mopedlərin bütün hallarda, mühərrikin gücündən, ölçüsündən asılı olmayaraq dövlət nömrə nişanı olmalıdır. Bəzən dövlət nömrə nişanı olmur deyə, necə gəldi hərəkət edirlər, yolda təhlükəli vəziyyət yaradırlar. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri