Icma.az
close
up
RU
“Hər kəsdən üzr istəyirəm...” Suad Qarayeva

“Hər kəsdən üzr istəyirəm...” Suad Qarayeva

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı “Məhsəti” filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasında bildirib. 

O, filmə görə hər kəsdən üzr istəyib: “Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.

Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.

Xatırladaq ki, sözügedən filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunub, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilib, görkəmli şairə gəzəyən əxlaqsız qadın kimi təqdim edilib. 

Suad Qarayeva bundan əvvəl instaqram hesabında paylaşım edərək bildirmişdi ki, onun tərəfindən hazırlanan “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib. S. Qarayeva özü də paylaşımında qeyd etmişdi ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. 

Qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri