Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi Sui qəsd olacaq?
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanın Telegram kanalında insanlardan üzr istəməsi diqqət çəkir.
Sitat: “Nə vaxtsa bilərəkdən və ya bilməyərəkdən xətrinə dəydiyim hər kəs məni bağışlasın”.
Adətən, adam öləcəyini və ya xoşagəlməz hadisənin baş verəcəyini biləndə insanlarla halallaşır, onlardan üzr istəyir.
Maraqlıdır, Simonyan niyə birdən-birə hər kəsdən üzr istəyib? Ona sui-qəsdin təşkil edilməsi mümkündürmü?
Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, insan psixologiyası, ruhu qarışıqdır.
Nizami Orucov
Onun sözlərinə görə, hissiyyatı güclü insanlar var ki, onlar olacaqları bilərək üzr istəyir, halallaşırlar:
“Doğru bildiklərimiz bəzən düz çıxmır. Məsələn, bu üzr hadisəsində də əminliklə deyə bilmərik ki, Marqarita Simonyan öləcəyi üçün hər kəsdən üzr istəyir. Buna səbəb bəzi yanlışlarının fərqinə varması, bəzi şeyləri dəyişdirmə cəhdi, istəyi ola bilər. Hətta əlavə olaraq həmin üzr bir strategiyanın hissəsi də ola bilər. Və ya manipulyasiya məqsədli və.s Yəni vahid baxış bucağından dəyərləndirilməli olan bir məsələ deyil”.
Qeyd edək ki, digər versiyaya görə, mart ayının ilk bazar günü xristianlıqda üz istəmə günüdür. M.Simonyanın məhz bu səbəbdən üzr istədiyi də ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Mart 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















