Icma.az
close
up
RU
Hər kəsə faydalı dəhliz: Vaşinqtondan tarixi gözləntilər

Hər kəsə faydalı dəhliz: Vaşinqtondan tarixi gözləntilər

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda gözlənilən üçtərəfli görüşü tarixi nəticə ilə yekunlaşa bilər.

Belə ki, D.Tramp ötən gün "Truth" sosial şəbəkəsindəki hesabında: "Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm", - yazıb.

Sülhə dair sənədin, eyni zamanda, kommunikasiyaların açılmasına, Zəngəzur dəhlizinin işə düşəcəyinə zəmin yaradacağı isə heç kimdə şübhə doğurmur.

Bəs görəsən, Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadiyyatına və geosiyasi mövqeyinə hansı üstünlükləri gətirəcək? Ermənistanın bu layihədən iqtisadi faydaları nələr olacaq?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

E.Əmirov bildirib ki, Zəngəzur dəhlizi həm iqtisadi, həm sosial, həm də Azərbaycanın bütövlüyü baxımından son dərəcə önəmlidir:

"Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, regionlararası inteqrasiyanın sürətləndirilməsi mövqeyindən də bu məsələ önəm kəsb edir. Bu dəhliz Azərbaycanın həm Şimal-Cənub dəhlizi üzrə yeni marşrutunun formalaşmasında rolunu artıracaq, həm də Şərq-Qərb dəhlizinin yeni qolunun yaranmasına imkan verəcək. Bu isə dəhlizin ötürücülük qabiliyyətinin artırılmasına xidmət edir.

Təbii ki, etibarlı ölkələrin dəhliz marşrutlarında iştirakı digər dövlətlər tərəfindən arzuolunandır. Zaman keçdikcə belə ölkələrin təkcə iqtisadi deyil, siyasi və digər sahələrdə də nüfuzu artır. Azərbaycanın bu istiqamətdə nüfuzunun artdığını biz zamanla görəcəyik".

O əlavə edib ki, gələcəkdə Orta Asiya resurslarının Zəngəzur dəhlizi üzərindən Avropaya daşınması, eləcə də yükdaşımalarda Mərkəzi Asiya respublikalarının enerji və digər resurslarının Avropaya çatdırılması istiqamətində bu dəhlizin rolu çox böyük olacaq. Hesab edirəm ki, ABŞ-nin burada mövcudluğu bu dəhlizin "etibarlı marşrut" statusunu daha da gücləndirəcək".

Ekspert sonda qeyd edib ki, Ermənistan da bu dəhlizdən birmənalı şəkildə faydalanacaq:

"Ən azı, perspektivdə Ermənistan Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu dəhlizlərdən istifadə etmək imkanı əldə edəcək. Çünki indiyədək Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Çünki Azərbaycan belə istəyib. İstər Bakı-Tbilisi-Qars, istər Bakı-Tbilisi-Ceyhan, istər Orta Dəhliz, istər Şimal-Cənub dəhlizi və digər layihələri qeyd edə bilərik. Bu dəhliz açılandan sonra Ermənistan üçün müsbət yöndə yeni bir dönəm başlayacaq".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri