Icma.az
close
up
RU
Vaşinqtondan başlanan yol

Vaşinqtondan başlanan yol

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sülh sazişinin paraflanmasından sonra münasibətlər yeni mərhələyə qədəm qoyub

20 gün sonra – avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş” layihəsinin paraflanmasının 1-ci ildönümü tamam olacaq. Həmin tarixi hadisəni Cənubi Qafqazın müasir tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirənlər haqlıdırlar. Çünki 30 ildən çox davam etmiş münaqişədən sonra tərəflərin ilk dəfə gələcək münasibətlərin hüquqi-siyasi əsaslarını vahid sənəddə əks etdirməsi təkcə diplomatik nailiyyət deyildi. Bu, həm də regionun gələcək inkişaf modelinin qarşıdurmadan əməkdaşlığa doğru dəyişdiyini göstərən mühüm siyasi hadisə idi.

Ötən 1 il göstərir ki, sülh yalnız imzalanacaq sənəddən ibarət deyil. Davamlı nəticə əldə etmək üçün siyasi dialoqun qorunması, qarşılıqlı etimadın artırılması, birbaşa təmasların genişləndirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. Məhz bu baxımdan ötən dövr ərzində atılan addımlar Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən yeni məcraya yönəldiyini nümayiş etdirir.

Etimad quruculuğu

Sülh prosesinin mühüm istiqamətlərindən biri dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyaların fəaliyyətinin davam etdirilməsi oldu. Son 1 ildə komissiyaların işi fasiləsiz davam etdirildi və tərəflər müntəzəm toplaşaraq sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı texniki və hüquqi məsələləri müzakirə etdilər. Bu proses çərçivəsində Ermənistan nümayəndə heyətinin 2025-ci il noyabrın 28-də Qəbələyə, Azərbaycan nümayəndə heyətinin isə 2026-cı il aprelin 29-da Ağverənə səfərləri xüsusi diqqət çəkir. Komissiyaların iclasının mütəmadi keçirilməsi göstərir ki, tərəflər sərhəd məsələlərini qarşılıqlı dialoq yolu ilə həll etmək niyyətindədirlər. Sərhədlərin hüquqi əsaslarla müəyyənləşdirilməsi təkcə ərazi məsələsinin həlli deyil, gələcəkdə mümkün insidentlərin qarşısının alınması baxımından da mühüm təminat hesab olunur. Bu baxımdan delimitasiya və demarkasiya prosesi etimad quruculuğunun ən mühüm praktik mexanizmlərindən birinə çevrilib. Çünki sərhəd məsələsində əldə edilən hər bir razılaşma tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Birbaşa dialoq

Ötən 1 ilin diqqətçəkən cəhətlərindən biri də Azərbaycan və Ermənistan rəhbərləri arasında birbaşa təmasların intensivləşməsi oldu. Əvvəlki illərdə əsasən müxtəlif vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdən fərqli olaraq, artıq beynəlxalq tədbirlər çərçivəsində liderlərin heç bir vasitəçi olmadan görüşməsi yeni siyasi praktika kimi formalaşmağa başlayıb. Bu dəyişiklik təsadüfi deyil. Vasitəçisiz dialoq tərəflərin bir-biri ilə birbaşa danışmaq iradəsinin gücləndiyini göstərməklə yanaşı, qəbul edilən qərarların daha operativ və real nəticələr verməsinə də şərait yaradır.

Bu kontekstdə Prezident İlham Əliyevin mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısında videobağlantı formatında çıxışı da xüsusi siyasi məna daşıyırdı. Azərbaycanın bu platformada təmsil olunması regional dialoqun davam etdirilməsi baxımından mühüm mesaj kimi qiymətləndirildi. Bu addım tərəflərin beynəlxalq platformalarda qarşıdurmanı deyil, dialoqu üstün tutduğunu nümayiş etdirdi. Bütün bunlar göstərir ki, son 1 il ərzində sülh prosesi yalnız diplomatik bəyanatlar səviyyəsində qalmayıb. Müntəzəm siyasi təmaslar, sərhəd komissiyalarının fəaliyyəti və birbaşa dialoqun genişlənməsi münasibətlərin yeni siyasi mühitdə inkişaf etdiyini göstərən mühüm göstəricilərdir.

İctimai dialoq

Bakı və İrəvan arasında münasibətlərin normallaşması təkcə dövlət başçıları və rəsmi nümayəndə heyətləri arasında keçirilən görüşlərlə məhdudlaşmır. Son 1 ildə müşahidə olunan əsas yeniliklərdən biri də müxtəlif səviyyələrdə dialoq kanallarının genişlənməsi və etimad mühitinin siyasi çərçivədən kənara çıxaraq cəmiyyətlər arasında da təşviq olunmasıdır. Bu, sülhün uzunömürlü olması üçün vacib şərtlərdən biri hesab edilir.

Bu baxımdan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyunun 14-də Ermənistanın Dilican şəhərinə səfəri və orada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla keçirdiyi görüş xüsusi diqqətçəkən hadisələrdən oldu. Görüşün mahiyyəti təkcə iki yüksək vəzifəli şəxsin növbəti təması ilə məhdudlaşmırdı. Əsas məqam ondan ibarət idi ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri açıq müzakirə etmək, fikir ayrılıqlarını dialoq yolu ilə aradan qaldırmaq və sülh gündəliyini fasiləsiz saxlamaq iradəsini nümayiş etdirdilər.

Bu cür təmaslar onu göstərir ki, artıq Bakı ilə İrəvan arasında siyasi əlaqələr planlı və sistemli əsaslarla davam etdirilir. Diplomatik praktikada məhz belə müntəzəm dialoq mexanizmləri gələcək əməkdaşlığın dayanıqlılığını təmin edən əsas amillərdən hesab olunur.

“Sülh körpüsü”

Etimad quruculuğunun mühüm istiqamətlərindən biri də vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişaf etdirilməsidir. Bu məqsədlə yaradılan “Sülh körpüsü” platforması son 1 il ərzində diqqətçəkən təşəbbüslərdən biri kimi çıxış edib.

Platforma çərçivəsində həm Bakıda, həm də İrəvanda bir neçə görüş keçirilib. Bu müzakirələrdə hər iki ölkənin vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələri – ekspertlər, tədqiqatçılar, ictimai fəallar və digər nümayəndələr iştirak ediblər. Müzakirələrin əsas məqsədi tərəflərin mövqelərini dinləmək, qarşılıqlı anlaşmanı gücləndirmək və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub.

Uzun illər davam edən münaqişə şəraitində cəmiyyətlər arasında yaranmış etimadsızlığın aradan qaldırılması yalnız siyasi qərarlarla mümkün deyil. Davamlı sülh üçün ictimai dialoqun mövcudluğu da vacibdir. Bu baxımdan “Sülh körpüsü” platformasının fəaliyyəti dövlətlərarası münasibətlərin sosial dayaqlarının formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

İqtisadi əlaqələr

Son 1 il ərzində diqqətçəkən yeniliklərdən biri də Azərbaycan və Ermənistan arasında məhdud da olsa, iqtisadi-ticarət təmaslarının yaranmasıdır. Bu proses hələ başlanğıc mərhələsində olsa da, onun siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Beynəlxalq təcrübə göstərir ki, iqtisadi maraqlar dövlətlər arasında etimadın möhkəmlənməsinə ciddi təsir göstərən amillərdən biridir. Qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi tərəfləri sabitliyin qorunmasında daha çox maraqlı edir və münasibətlərin gərginləşməsi riskini azaldır. Məhz buna görə iqtisadi əməkdaşlığın formalaşması təkcə ticarət dövriyyəsinin artması deyil, həm də regionda uzunmüddətli sabitlik üçün əlavə təminat mexanizmi kimi qiymətləndirilir.

Bununla yanaşı, son 1 ildə beynəlxalq platformalarda Azərbaycan və Ermənistan nümayəndələrinin təmaslarının artması, bir sıra məsələlərin birbaşa müzakirə olunması və dialoqun fasiləsiz davam etdirilməsi də sülh prosesinin dayanıqlığını gücləndirən amillər sırasında yer alır.

Sülh və regionun gələcəyi

Artıq Ermənistanda parlament seçkiləri də başa çatıb və ölkədə yeni siyasi mərhələ başlayır. Seçkilərin nəticələri – erməni cəmiyyətinin növbəti illər üçün mandatı yenidən Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi komandaya verməsi həm də ondan xəbər verir ki, seçicilərin əhəmiyyətli hissəsi regionun gələcəyini yeni hərbi qarşıdurmada deyil, sabitlik və inkişaf mühitində görür.

Yeni parlament fəaliyyətə başladıqdan sonra onun qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanla normallaşma prosesinin davam etdirilməsi, əldə edilmiş razılaşmaların siyasi və hüquqi baxımdan möhkəmləndirilməsi olmalıdır. Şübhəsiz ki, Ermənistan daxilində sülh gündəliyinə qarşı çıxan qüvvələr bundan sonra da müxtəlif vasitələrlə prosesə təsir göstərməyə çalışacaqlar. Lakin son 1 ildə formalaşmış dialoq mühiti göstərir ki, sülh prosesi artıq yalnız ayrı-ayrı siyasi liderlərin iradəsinə söykənmir. Bu prosesin arxasında konkret mexanizmlər, davamlı təmaslar və qarşılıqlı maraqlar dayanır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülhün bərqərar olması bütün dövlətlərin və xalqların mənafeyinə xidmət edir. Ermənistan üçün də davamlı inkişafın, iqtisadi yüksəlişin və regional layihələrdə iştirakın yolu qonşularla normal münasibətlərdən keçir. Alternativ isə onilliklər boyu regionu inkişafdan saxlayan qarşıdurma siyasətinin davam etdirilməsidir.

Bir il əvvəl Vaşinqtonda paraflanmış sənəd yeni mərhələnin hüquqi-siyasi başlanğıcı oldu. Ötən 12 ay ərzində atılan addımlar isə göstərir ki, bu proses kağız üzərində qalmayıb. İndi əsas məsələ həmin siyasi iradəni yekun sülh sazişinin imzalanmasına, əldə olunan razılaşmaların ardıcıl icrasına və Cənubi Qafqazda sabit, təhlükəsiz əməkdaşlıq mühitinin bərqərar olmasına yönəltməkdir. Çünki bugünkü geosiyasi reallıqlar fonunda sülh artıq təkcə iki dövlətin seçimi deyil, bütövlükdə regionun gələcəyini müəyyən edən strateji zərurətə çevrilib.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri