“Hər kəsi sakit və sağlam düşüncəli olmağa çağırıram” − Kılıçdaroğludan açıqlama
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Cümhuriyyət Xalq Partiyası (CHP) şəxsi karyera yüksəlişi üçün bir sahə deyil. Cümhuriyyət Xalq Partiyası xalqımızın suverenliyinin nizamnaməsidir”.
Yeniavaz.com xəbər verir ki, bunu CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu məhkəmənin çıxardığı qərara reaksiyasında yazıb.
Kılıçdaroğlu qeyd edib ki, məhkəmənin qərarı bölünmə üçün bəhanə olmamalı, əksinə əsrlər boyu davam edən palıd ağacının kölgəsi altında birləşmək üçün bir fürsət olmalıdır:
“Bu gün qışqırmaq və bir-birimizi təhqir etməklə sevinmək üçün bir gün deyil. Bu gün şikayətləri kənara qoyub ciddiliklə, sakitliklə və ortaq bir ruhla ayağa qalxmaq üçün bir gündür. Bu prosesi “nə olarsa” düşüncəsi ilə deyil, ciddiliklə, partiyamızın mədəniyyətindən qaynaqlanan səmimiyyətlə və sağlam düşüncə ilə idarə etməliyik. Təməli şəxsi ambisiyalar deyil, Türkiyənin gələcəyi təşkil edir. Bu kontekstdə prosesi əvvəlki ümumi sədrlərimiz, Partiya Şurası üzvləri, millət vəkilləri, əyalət və rayon sədrləri ilə tam harmoniya və əməkdaşlıq içində aparacağıq. Heç kim narahat olmamalıdır: partiyamızı bu mübahisələrdən çıxaracaq və hakimiyyət yolunda davam edəcəyik. Hər kəsi sakit və sağlam düşüncəli olmağa çağırıram”.
Xatırladaq ki, məhkəmənin 36-cı Mülki İşlər üzrə Kollegiyası CHP qurultay işini “tamamilə etibarsız” hesab edib. Qərara əsasən, CHP-yə rəhbərlik edən Özgür Özel və onun administrasiyası müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılır, Kamal Kılıçdaroğlu və onun administrasiyası isə yenidən vəzifələrinə qaytarılır.
Bu mövzuda digər xəbərlər:Qurban Qurbanov: Hər kəsi Azərbaycan döyüşçülərinə dəstək olmağa çağırıram
19 İyun 2025 17:26
Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram
21 Noyabr 2024 13:25
Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram COP29un Prezidenti
21 Noyabr 2024 11:56
Muxtar Babayev: Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram
21 Noyabr 2024 12:09
Baxış sayı:196
Bu xəbər 21 May 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















