Icma.az
close
up
RU
Hər kəsin aldığı tərəvəzin təhlükəli növü satışda Qida deyil!

Hər kəsin aldığı tərəvəzin təhlükəli növü satışda Qida deyil!

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Qida üçün nəzərdə tutulmayan, “texniki kartof” adlandırılan məhsulun bəzi hallarda bazarlara çıxarıldığı və adi qida kartofu kimi vətəndaşlara satıldığı ilə bağlı iddialar səsləndirilir. Görünüşcə adi kartofdan ciddi fərqi olmayan bu məhsulları digərindən necə ayırd etmək olar? “Texniki kartof”un sağlamlıq üçün hansı risklər mövcuddur?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Sabah”a açıqlamasında deyib ki, qida məhsullarını keyfiyyətli, mənşəyi bəlli olan və etibarlı satış nöqtələrindən almaq lazımdır:

“Çünki bəzi satıçılar insan sağlamlığını deyil, öz şəxsi maraqlarını ön planda tuturlar. Nəticədə keyfiyyətsiz, qida üçün yararlı olmayan məhsullar satışa çıxarıla bilər. Lakin satış prosesi nəzarətli və mənşəyi etibarlı olan yerlərdə aparıldıqda bu kimi hallarla rastlaşma ehtimalı minimuma enir. Ona görə də ilk növbədə bu məsələyə diqqət yetirilməlidir. “Texniki kartof”un adi kartof kimi satılmasına dair iddia varsa, bu, ciddi şəkildə araşdırılmalıdır”.

M.Hüseynova vurğulayıb ki, “texniki kartof” adətən qida üçün deyil, müəyyən istehsal prosesləri üçün yetişdirilir. Onun sözlərinə görə, bura heyvan yemlərinin hazırlanması, nişasta, spirt və digər maddələrin istehsalı daxildir:

“Bu tip kartofların yetişdirilməsində daha çox kimyəvi maddələrdən - pestisidlərdən, herbisidlərdən istifadə oluna, yığım vaxtı gecikdirilə, qida üçün nəzərdə tutulmadığına görə sağlamlıq baxımından bir çox amillər nəzərə alınmaya bilər. Burada əsas məqsəd məhsuldarlığın artırılmasıdır və bunun üçün nitratlardan istifadə olunur. Belə kartofları yeyən insanlar ağır metalların təsirinə məruz qalır, onlarda pestisid qalıqları müşahidə edilir. Bu maddələr bir və ya iki dəfə qəbul edildikdə dərhal zərər verməyə bilər, lakin davamlı istehlak edildikdə daxili orqanların, xüsusilə qaraciyər və böyrəklərin funksiyasını pozaraq ciddi sağlamlıq problemlərinə səbəb olması mümkündür”.

Qida mütəxəssisi texniki növün adi kartofdan elə də seçilmədiyini söyləyib:

“Texniki kartof”u adi kartofdan birbaşa ayırmaq çətin olsa da, bəzi xarici əlamətlərə görə fərqləndirmək mümkündür. Əgər kartof həddindən artıq iri ölçülüdürsə, forması düzgün deyilsə, səliqəli yumru deyil, kənar şişkinliklər və çıxıntılar varsa, yaxud ümumi görünüşü pozulubsa, bu şübhə doğurmalıdır. Eyni zamanda qabığı həddindən artıq kobud, sərt və qalın olan, qabığın altında yaşılımtıl rəng müşahidə edilən kartoflar təhlükəlidir. Bu rəng solanin adlı zəhərli maddənin göstəricisidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri