Hər kəsin gündə bir neçə dəfə içdiyi ən zərərli çayın adı AÇIQLANDI
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milyonlarla insanın səhər rituallarının ayrılmaz hissəsinə çevrilmiş çay paketləri ciddi sağlamlıq riski yaradır.
News24.az xəbər verir ki, Barselona Muxtar Universitetinin alimləri tərəfindən aparılan son araşdırma bu rahat içki formasının mikroplastik təhlükəsi daşıdığını ortaya çıxarıb.
Araşdırmaya əsasən, isti su ilə təmasda olan çay paketləri bədənə milyonlarla mikroskopik plastik hissəciklər buraxır. Xüsusilə neylon piramida formalı paketlər təhlükəli sayılır – onların hər millilitrində 8,18 milyon zərərli hissəcik aşkarlanıb. Daha da narahatedici məqam isə adi çay paketlərində istifadə edilən polipropilen materialıdır – bu paketlərdə mikroplastik sayı 1,2 milyard hissəcik/millilitr-ə qədər yüksəlir.
Tədqiqatçılar bildirirlər ki, bu mikroplastik hissəciklər bağırsaq divarlarını keçirərək qana daxil ola bilir və daxili orqanlara çataraq iltihabi reaksiyalar doğurur. İmmunitet sistemi bu hissəcikləri təhdid kimi qəbul edir, nəticədə xroniki iltihablar, hormonal pozuntular və endokrin sistemin disbalansı baş verə bilər. Xüsusilə hamilə qadınlar üçün bu hissəciklər yüksək risk daşıyır.
Baxış sayı:103
Bu xəbər 07 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















