Icma.az
close
up
RU
Hər klubun 3 haqqı var AFFA dan Neftçi nin iddialarına cavab

Hər klubun 3 haqqı var AFFA dan Neftçi nin iddialarına cavab

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA “Neftçi” klubundan hakimlər barədə verilən açıqlamalarla bağlı bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bəyanatda Hakimlər Komitəsinin klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu bildirilib.

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.

Son dövrlərdə AFFA Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.

Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.

Bununla yanaşı, “Neftçi” tərəfindən son günlər ictimaiyyətə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.

Bu məqsədlə “Neftçi”nin rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Mart 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri