Icma.az
close
up
RU
AFFA Neftçi nin etirazını araşdıracaq

AFFA Neftçi nin etirazını araşdıracaq

Icma.az, Reyting.az saytına istinadən bildirir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son günlər hakim qərarları ilə bağlı yaranmış müzakirələrə münasibət bildirib.

Reyting.az xəbər verir ki, ölkə futbolunun ali idarəedici orqanı fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir.

Bildirilib ki, AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır. Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılan islahatların da məhz bu prinsiplərin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurlarının beynəlxalq təlimatlara uyğun icra olunduğu, proseslərin institusional əsaslarla daha da təkmilləşdirildiyi diqqətə çatdırılıb.

Açıqlamada o da xatırladılıb ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün üç dəfə rəsmi müraciət etmək hüququna malikdir. Qurum bu mexanizmin şəffaflığın artırılmasına və sualların institusional qaydada cavablandırılmasına xidmət etdiyini bildirib.

AFFA bəyan edib ki, son günlər "Neftçi" PFK tərəfindən Misli Premyer Liqasının 2025/2026 mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılıb. Yaranmış vəziyyətdə spekulyativ məlumatların dövriyyəyə buraxılmasının və ictimai rəyə təsir cəhdlərinin qarşısını almaq məqsədilə Hakimlər Komitəsinin klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu vurğulanıb.

Qurum bu məqsədlə "Neftçi" PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət etdiyini, təqdim olunan epizodların detallı təhlilinin aparılacağını və mövcud sualların cavablandırılacağını bəyan edib.

Sonda AFFA bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Mart 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri