Icma.az
close
up
RU
Hər şey öz əlimizdədir Xvalko Qarabağlını ən yaxşı sayır

Hər şey öz əlimizdədir Xvalko Qarabağlını ən yaxşı sayır

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının 18-ci turunda Tovuzda "Sumqayıt"la qolsuz heç-heçə edən "Kəpəz"in kapitanı Yeqor Xvalko oyundan sonra Fanat.Az-a açıqlama verib.

Belaruslu futbolçu öncə ilin son matçı barədə fikirlərini bölüşüb:

"Oyuna yaxşı hazırlaşmışdıq. İlin son görüşü idi. "Sumqayıt"a qarşı keyfiyyətli futbol sərgilədiyimizi düşünürəm. Qol epizodlarımız da az deyildi. İlk yarıda yaxaladığımız imkanlardan faydalana bilmədik. Buna görə təəssüflənirik, amma digər tərəfdən, xal qazandıq.

Birinci hissədə daha yaxşı görünürdük. İkinci yarıda isə məncə, "Sumqayıt" üstün idi. Qalib də gələ bilərdik, uduza da. Ümumi baxsaq, nəticə ədalətlidir". 

Arxa xətt oyunçusu ili 9-cu yerdə başa vurmalarına münasibət bildirib: "Təbii, sonuncu olmaq istəmirik. Bizim üçün ən azı 9-cu pillədə qalmaq da pis deyil. Qışdan sonra da mübarizəyə davam edəcəyik. 

Mövsümün geridə qalan hissəsini iki mərhələyə ayırmaq olar. Mövsüm pis başladıq. Bunu hamı bilir. Uduzduğumuz oyunların bəzilərində xal qazanmalı idik. Amma alınmadı. Hər halda, qarşıda mövsümün ikinci hissəsi var və biz oyunumuzu inkişaf etdirməliyik. 

Böyük ehtimalla, yeni transferlər olacaq. Hər şey öz əlimizdədir. Rəqiblərimizə dayanıb baxmamaq üçün xal qazanmalıyıq. Bunun baş verəcəyinə də çox inanıram. Komandamız sona qədər mübarizə aparacaq".

Xvalko Gəncə təmsilçisindən ayrılmağı planlaşdırmadığını deyib: "Açığı, heç təklif də yoxdur. Ancaq onu da deyim ki, "Kəpəz"i sevirəm. Öz stadionumuzda oynamaq istəyirəm. Uzaq gələcək barədə xəyallar qurmuram. Gələcəkdə nəyin necə olacağını zaman göstərəcək".

2022-сi ildən Azərbaycan çempionatında çıxış edən legioner hansı yerli oyunçunu 2024-cü ilin ən yaxşı futbolçusu saydığını da açıqlayıb:

"Düzü, "Nürnberq"də oynayan Mahir Emrelinin matçlarını izləməmişəm. Millidəki bəzi matçlarına baxmışam. Məncə, hazırda "Qarabağ"ın futbolçusu Toral Bayramov hamıdan öndə görünür. Keyfiyyətli və maraqlı futbolçudur".

Nihat 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 Dekabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri