Qəzənfər Abbasov: Hər şey öz əlimizdədir və futbolçularıma inanıram
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Oyun istədiyimiz kimi başladı və ilk qolu biz vurduq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"nın baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis komandasının Birinci Liqanın 15-ci turunda "Xankəndi"yə məğub olduqları oyun haqda fikirlərini bölüşüb:
"İlk hissədə yenə qol vura bilərdik, lakin futbolçularım tələskənlik etdilər. Müdafiədə nizam-intizamımız pozuldu, futbolçular müdafiə olunarkən birinci yarıda olduğu kimi oynamadı. Buna görə də qapımızda qollar gördük".
O, daha sonra toparlanmağa çalışdıqlarını bildirsə də, istədiklərini həyata keçirə bilmədiklərini də vurğulayıb:
"Hücuma say üstünlüyü ilə çıxdıq, amma sonluğu gətirə bilmədik. Rəqib cinahdan ötürməsi müdafiəçi ilə hücumçunun anlaşılmazlığı səbəbindən qapımızda ikinci qolla nəticələndi. Düzdür, "Xankəndi" turnir cədvəlində 3 xal önə keçdi. Bu, hər şeyin bitdiyi demək deyil. Hələ qarşıda çox oyunumuz var və "Xankəndi" ilə də bir matçımız qalıb. Toparlanıb çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik. Hər şey öz əlimizdədir və futbolçularıma inanıram. Oyunçularımın bu qarşılaşmada məğlub olaraq həvəsdən düşməyəcəyinə, əksinə daha da məsuliyyətlə bütün oyunlara qələbə əzmi ilə çıxacaqlarına inanıram. Biz bir məqsədimiz var - çempionluq. İnşallah, mövsümün sonunda hədəfimizə çatacağıq".
Qeyd edək ki, görüş "Xankəndi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Xankəndi" turnir cədvəlində "Qaradağ Lökbatan"ı 3 xal qabaqlayaraq vahid liderliyə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Fevral 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















