Icma.az
close
up
RU
“Hər şeyi blokla” hərəkatı Fransanı silkələdi: 550 aksiya, 473 saxlanılan

“Hər şeyi blokla” hərəkatı Fransanı silkələdi: 550 aksiya, 473 saxlanılan

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çərşənbə günü Fransada “Hər şeyi blokla” hərəkatı çərçivəsində keçirilən etiraz aksiyalarında azı 175 min nəfər iştirak edib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, ölkə üzrə təxminən 550 mitinq və nümayiş keçirilib. Gün ərzində baş verən iğtişaşlar zamanı ilkin məlumatlara görə, 203-ü Parisdə olmaqla, ümumilikdə 473 nəfər saxlanılıb. Onlardan 339-u ölkə üzrə, 106-sı isə Parisdə həbs olunub.

DİN-in məlumatına görə, iğtişaşlar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.

Etiraz aksiyaları sosial şəbəkələr vasitəsilə təşkil olunub. Aksiya iştirakçılarının çoxu dövlət qurumlarının fəaliyyətini bloklamağa, yolları bağlamağa cəhd edib. Polis 262-dən çox blokada halı qeydə alıb. Bir çox ərazilərdə baryerlər qurulub, zibil konteynerləri yandırılıb. Xüsusilə Parisdə Şimal vağzalı yaxınlığında aksiyalar polis əməkdaşları ilə toqquşmalara çevrilib.

Nəqliyyat Nazirliyindən bildirilib ki, etirazlara paralel keçirilən tətil nəticəsində dəmiryol xətlərində qatarların sayı kəskin azalıb, təxminən 110 aviareys ləğv edilib. Nazirlik digər reyslər üzrə də çətinliklərin ola biləcəyi barədə xəbərdarlıq edib.

Etirazçılar arasında Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi əsas şüarlardan biri olub.

Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (ÜƏK) yaydığı bəyanatda 10 sentyabr hərəkatını “ilk uğurlu mərhələ” adlandırıb.

Bundan əlavə, həmkarlar ittifaqı dövlət maliyyə sektorunda çalışan 10 min nəfərin, dəmiryol işçilərinin 25 faizinin, eləcə də dövlət xəstəxanalarında yüzlərlə iş yerində işin dayandırılmasının təşkili ilə bağlı təşəbbüsləri öz uğuru kimi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri