Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Epşteyn sənədləri Fransanı silkələdi

Epşteyn sənədləri Fransanı silkələdi

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Epşteyn sənədləri Fransanı silkələyib, keçmiş nazirin rəhbərlik etdiyi instituta polis basqını olub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Epşteyn sənədlərinin Fransadakı əks-sədaları davam edir. Sənədlərdə adı hallanan və barəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə ilkin istintaq başladılan keçmiş mədəniyyət naziri Jack Langın bir dövr rəhbərlik etdiyi Arap Dünyası İnstitutunda polis axtarış aparıb.

Milli mətbuatın Fransa Milli Maliyyə Prokurorluğunun açıqlamasına istinadən verdiyi xəbərlərə görə, fevralın 6-da keçmiş Fransa mədəniyyət naziri Jack Lang və onun qızı Caroline Lang barəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə başlanmış ilkin istintaq çərçivəsində institut da daxil olmaqla bir sıra ünvanlarda polis tərəfindən axtarışlar həyata keçirilib.

ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə saxlanılarkən həbsxanada ölü tapılan milyarder Jeffrey Epsteinlə bağlı açıqlanan sənədlərdə adı keçən keçmiş nazir Lang haqqında Epşteynlə maliyyə əlaqələri səbəbilə ilkin istintaq açılmışdı. Lang fevralın 7-də institutdakı sədr vəzifəsindən istefa vermişdi.

Keçmiş nazir Jack Langın adı Epşteyn işi üzrə yayımlanan sənədlərdə 600-dən çox dəfə çəkilir. Sənədlərə əsasən, Lang Epşteynə Parisdə müxtəlif mədəni turlar təklif edib. Epşteyn isə Langın 2017-ci ilin aprelində Mərakeşə səfəri üçün öz təyyarəsini ona istifadəyə verib.

Müstəqil media qurumunun araşdırmasına görə, Epşteynin 2016-cı ildə ABŞ-yə bağlı və “vergi cənnəti” kimi tanınan Virgin adalarında qurduğu şirkətin səhmlərinin yarısı Langın qızı Caroline Langa məxsus olub.

Adı Epşteyn dosyesində 900-dən çox dəfə keçən Caroline Lang bu fakt üzə çıxdıqdan sonra Müstəqil Prodüserlər Birliyində tutduğu baş katib vəzifəsindən istefa verib.

Jeffrey Epşteyn işi: Ən kiçiyi 14 yaşında olmaqla 18 yaşdan aşağı onlarla qız uşağına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan Epşteyn, Nyu-Yorkdakı Manhattan Metropolitan Həbsxanasında saxlanıldığı kamerada 10 avqust 2019-cu ildə ölü tapılmışdı.

Açıqlanan Epşteyn məhkəmə sənədlərində Böyük Britaniya şahzadəsi, ABŞ prezidenti, keçmiş ABŞ prezidentləri, keçmiş İsrail baş naziri, keçmiş ABŞ vitse-prezidenti, aktyorlar, musiqiçilər, hüquqşünaslar və keçmiş ştat rəhbərləri də daxil olmaqla bir sıra tanınmış şəxslərin adları yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu və ABŞ Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsində məşhur şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğuna dair heç bir sübut tapılmadığı bildirilib. Açıqlamada qeyd olunub ki, Epşteynin guya nüfuzlu şəxsləri qorumaq məqsədilə öldürüldüyü iddiaları təsdiqini tapmayıb və o, həbsxana kamerasında intihar edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri