Icma.az
close
up
RU
Hər şeyi qara rəngdə görənlər və yaxud oturduqları budağı kəsənlər

Hər şeyi qara rəngdə görənlər və yaxud oturduqları budağı kəsənlər

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 25-26-27-də Milli Məclisdə 2025-ci il büdcə zərfi layihəsi birinci oxunuşda müzakirə edirlərək qəbul edildi. Müzakirələr zamanı deputatlar büdcə zərfi ilə bağlı sərbəst şəkildə öz fikirlərini səsləndirərək, həm hökumətin qarşısında duran vəzifələr, həm çatışmayan məsələlər, həm də seçicilərinin üzləşdiyi məsələ və problemləri hökumət üzvləri qarşısında qaldıraraq hökumətin, aidiyyəti dövlət qurumlarına həlli yollarını təklif etdilər. 

Lakin deputatlar arasında "milçəkdən fil düzəlməyə çalışanlar" da az olmadı. Ən maraqlısı ondan ibarət idi ki, "milçəkdən fil düzəldənlər"in böyük bir qismi cənab Prezident İlham Əliyevin lideri olduğu hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar və parlamentdə bitərəfləri təmsil etsələr də, ölkə başçısının yürütdüyü siyasəti dəstəkləyənlər idi. 

Hakim partiyanın və özlərini müstəqil hesab edən "milçəkdən fil düzəldən" bu deputatlar YAP-çı deputat Səyyad Salahlının dediyi kimi, xırda-para məsələləri böyüdərək "qlobal" problemə çevirməyə cəhd etdilər. Onların bu cəhdi aydın görünürdü. Bu heç də hökumət üzvlərinin və yaxud hər hansı məmurun dövlət başçısının ona həvalə etdiyi sahə üzrə yürütdüyü siyasəti uğursuz həyat keçirməsinə yönəlik deyildi. Əslində, həmin deputatların hədəfi dünyadakı bu mürəkkəb siyasi proseslərin cərəyan etdiyi və ölkəmizə qarşı qarayaxma, təzyiq kampaniyasının davam etdiyi bir zamanda Azərbaycanı sabitlik adası kimi qoruyub saxlayan ölkə başçısının yürütdüyü uğurlu siyasətə zidd idi. Onlar hansısa mərkəzdən sifariş almış kimi görünürdülər. 

Kimsə deyə bilər ki, burada qəribə nə var. Deputat öz hüququndan istifadə edərək ölkənin və seçicilərinin üzləşdiyi problemi səsləndirib və burada onlar haqlıdırlar. Parlamentdə də cəmiyyəti narahat edən bütün məsələlərin müzakirə edildiyi bir məkan olduğundan, deputatlar da parlament tribunasında cəmiyyəti narahat edən məsələləri ali icraedici orqan qarşısında qaldırıb onun həllini tələb etməlidir. Təbii ki, deputatın müstəsna hüququdur ki, ölkədəki bütün neqativlər haqqında məsələni qaldırsın, parlament tribunasından səsləndirsin. 

Amma necə?... İş olan yerdə çatışmazlıqların olması qaçılmazdır və bunlar mövcuddur. Bunu heç hökumət üzvləri özləri də inkar etmirlər. Bəlkə, deputatlardan daha sərt formada dilə gətirirlər. Lakin bununla belə, cənab Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına uyğun siyasət həyata keçirilərək problemlərin həlli istiqamətində də addımlar atılır və atılmaqdadır. 

Odur ki, deputatlar cənab Prezidentin yürütdüyü siyasətə uyğun həyata keçirilən genişmiqyaslı islahatlarla yanaşı, neqativlər də səslənsə idi, bu, daha obyektiv yanaşma olardı. Amma parlamentdə bəziləri "babam mənə kor dedi, hər yetəni vur dedi" prinsipinə əsaslanaraq, hər şeyi qara rəngdə gördülər. 
Vəziyyət o həddə çatdı ki, iclasa sədrlik edən Milli Məclis spikeri Sahibə Qafarova deputatların bu qeyri-obyektiv mövqe sərgiləməsinə dözə bilmədi. Deputatları obyektiv olmağa səslədi. Bildirdi ki, sosial sahə ilə bağlı kifayət qədər işlər görülür. "Nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Onları da qeyd edin. Nə üçün bu haqda danışmırsınız?", -  deyə onlara irad tutdu.

Lakin bəzi deputatlar bu iradlardan nəticə çıxarmaq əvəzinə daha sərt qeyri-obyektiv fikirlər səsləndirdilər.

Nəticədə milli Məclis sədri deputat Səyyad Salahlının hökuməti xırda-para məsələlərdə ittihamından sonra növbəti dəfə onlara iradını bildirdi. 

“Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil.

Hörmətli Səyyad müəllim, sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza elə özünüz cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır.

Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil, qəsdən edirlər bəzi şeyləri, düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır.

Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər, sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm danışanda fikir verin".

Çünki səslənən fikirlər birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə və məqsədyönlü həyata keçirilən tədbirlər planına zidd idi. Bu baxımdan spiker Sahibə Qafarovanın iradı haqlı və yerində idi. Lakin yenə də bəziləri bundan nəticə çıxarmadı və öz ampluasına uyğun destruktiv mövqe sərgiləməkdə davam etdilər. Onların bu hərəkətini ancaq və ancaq "oturduqları ağacın budağını kəsmək" misalına bənzətmək olar. 

Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri