Icma.az
close
up
RU
Hər şeyi unutmaq...

Hər şeyi unutmaq...

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Cavanşir Yusiflinin "Hər şeyi unutmaq" yazısını təqdim edir.

Yazı üçün yaddaş, həm də ömürboyu damcı-damcı yığılan yaddaş əsas olsa da, proses (yazı prosesi) bir qayda olaraq "avtomatik" yola düşür. Yəni yaddaş heç nəyi "yazmır", sadəcə, sənə bircə dəfə nəyinsə doğru, yaxud yalan və ya bəsit olduğunu pıçıldayır, sənə azca, bəlkə, iynə ucu boyda təkan verməklə böyük bir işin içinə sürükləyir.

Yalnız yazı prosesində insan, yazar üstünə ağır yük kimi düşən yaddaşdan xilas olur, onun zərif, yüngül (soft) təkanıyla bu dünyadan ayrılır, yəni başqa sözlə, yazmaq əslində bir növ zikrdir, belə olduğu üçün də hər yazılan bədii mətn deyil, hər bədii mətn də yaddaşın ilmələndirdiyi bir dünya ola bilməz.
Bəzən tarixdə ən zəif, ən ümidsiz nəsnələr qalır, ən gözəl və qənirsiz şeylər tarixin, ədəbiyyatın divarlarından ovulub düşür, toz olub uçur, gedir... Demək, burada istedaddan da vacib başqa bir mətləb var: ona layiq olmaq, yazdığını içində günəş kimi doğan gerçəklikdən xilas etmək bacarığı...
Bu olmayanda indi bəzi gənc yazarlar kimi, sadəcə, fərqlənmək eşqi, fərqlənmək naminə həm də.
Bu da fəna deyil, ən azından, yolu gedib-qayıtmaq və daha fərqli nəsnələr axtarmaq var. Pafosdan qurtulmaq üçün içində (çölün düzündə) ac-susuz yaşamağı bacarmalısan. Ədəbiyyat, ədəbi-bədii deyim dünyanı çox fərqli şəkildə görə bilmək cəhdidir, alınmayanda pafos gəlir, pafos həm də xəyalı olmayan adamların "yetişdiyi" finiş xəttidir.

Yaddaşın yuxarıda xatırlanan xassəsi demək olar ki, bütün bədii mətnlərin ekvator xəttindən keçir.

Yazıçı, şair heç bu sözü yadına salmadan, onu məxsusi olaraq mənalandırmaq niyyəti güdmədən qələmə aldığı hər bir sətirdə, bənddə, cümlə və pasajlarda yaddaşın ən dərinindəki özəlliyi şeirə, bədii mətnə çəkir. Unudulmaz Ələkbər Salahzadə demişkən: elə bil gülü şeirə çəkirsən...

Yaddaşdan birbaşa yazmaq istəsən, yenə onu həmin o yüngül təkanıyla başqa bir məmləkətə gedə bilərsən.

Artur Remboda bu adda şeir də var:

Təmiz su; uşaqların göz yaşındakı
bir çimdik duz misalı,
Günəş altında qadın bədənlərinin
ağlığının fırtınası;
ipək parça izdihamı
saf zanbaqlar, bayraqlar...
bəzi qızların qorxudan
sıxılıb gizləndiyi divarlar...

Nizamidə:

Onun dirilik suyu - göz yaşı, ciyər qanı,
Ərzi yandıran Günəş - nəməkdanı, duzdanı.

Yaddaş bəzən qılınc kimi, qılıncın iti ucunun dəydiyi yara kimi oyanar:

Zavallılar bu yolla gedə bilərmi məgər?
Bir yol ki, baxmaq ilə qəlbi qana döndərər.

Şeirlərin birində (Rilkenin "Populyar Melodiyalar" şeirində) belə bir deyim var ki, elə havalar var, nə qədər uzaqlaşsan da, hardan-hara köç etsən də, o səni tapacaq, yaxandan yapışıb rahat buraxmayacaq. Yəni istəsən də, istəməsən də, getdiyin yolların hansı məqamındasa ilişəcəksən, bir mahnı, bir melodiya səni bədbəxt eləyəcək.

Bu mənada yaddaşın azman, bitib-tükənməyən gücünün hopduğu (bilaixtiyar) bədii mətnlər də hər oxunuşda yenidən "dirilir", yeni mətləblər qatır araya, səni başqa cür düşündürür. Mirzə Cəlilin "Ölülər"ini hər dəfə oxuyanda yaddaşın ağrıyla oyanır, "Dəli yığıncağı" bir başqa yerdən, tam fərqli məqamdan vurur. Cəfər Cabbarlının yazdığı şeirlərin içində, daxili dünyası və bətnində elə işarələr var ki, onların düzgün qaydada oxunuşu Cümhuriyyət dövrünün bütün keşməkeşlərini andırır. Diqqət edin, o vaxtdan bəri Bayrağa yazılan bütün mətnlərdə qəribə və çəkilməz bir hüzn var.

Sonda yenə Nizamidən:

De, kim apara bildi dünyadan salamat can?
De, kim oxuya bildi bu yazını sonacan?

Şəhriyar del Gerani kimdir? Şeiri yaradan məqamlar Haqqımızda bilmədiyimiz şeyləri bilirlər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Mart 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri