Icma.az
close
up
RU
Hər şeyi unutduracaq 7 döyüş filmi VİDEO

Hər şeyi unutduracaq 7 döyüş filmi VİDEO

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Əgər axşam üçün maraqlı film axtarırsınızsa, amma yeni nəsə izləmək istəmirsinizsə, onda “qızıl klassika”ya - 90-cı illərin və 2000-ci illərin döyüş filmlərinə diqqət yetirin. Onlarla ətrafda baş verən hər şeyi unudub filmə tam qərq olmaq mümkündür.

Lent.az xarici mediaya istinadla 90-cı illərin 7 kult döyüş filmini təqdim edir.

“Armageddon”

Miqyaslı fəlakət-döyüş filmi kino dövrünün simvollarından birinə çevrilib. Burada hər şey var: Yerə doğru uçan asteroid, qazmaçı komandası, fədakarlıq və epik səhnələr.

“Armageddon” dünyanın sonu haqqında bir filmdir, amma hər şeydən əvvəl şans demək olar ki, qalmayanda belə geri çəkilməyən insanlar haqqındadır.

“Hava həbsxanası”

Bir təyyarə, ölkənin ən təhlükəli cinayətkarları və yanlış zamanda yanlış yerdə olan bir qəhrəman.

“Hava həbsxanası” gərginlik, personajların xarizması və daimi təhlükə hissi üzərində qurulub. Bu elə filmdir ki, aksiyon bir dəqiqə belə dayanmir.

“Qaya”

Bu, Maykl Beyin ən yaxşı döyüş filmlərindən biridir. Sizi Alkatrasa adasının ələ keçirilməsi, ölümcül silah və minlərlə insanı xilas etməli olan qəhrəmanlar gözləyir.

“Qaya” gərginlik, yumor və möhtəşəm səhnələr arasında ideal balans yaradır, buna görə də 30 il keçsə də hələ də eyni dərəcədə maraqlıdır.

“Əsgər Rayanı xilas etmək”

Bu sadəcə döyüş filmi deyil - bundan daha böyük bir əsərdir. Müharibə, seçim və insan həyatının dəyəri haqqında sərt, dürüst və çox güclü bir hekayədir - süjet həqiqətən maraqlıdır.

Normandiyaya çıxarma səhnəsi artıq çoxdan əfsanəyə çevrilib və bu gün də ən tələbkar tamaşaçıları belə təsirləndirir.

“Sürət”

Süjetin mərkəzində işlək və dahiyanə dərəcədə sadə bir fikir dayanır. Hər şey çox sadədir: sürətini azalda bilməyən bir avtobus və getdikcə artan gərginlik.

“Sürət” minimal konseptin necə onilliyin ən həyəcanlı döyüş filmlərindən birinə çevrilə biləcəyinin ən yaxşı nümunəsidir.

“60 saniyəyə oğurlamaq”

Sürət, risk və gözəl avtomobillər haqqında stilistik kriminal döyüş filmi.

Gecə şəhərinin atmosferi, adrenalin və böyük oyun hissi bu filmi axşam izləmək üçün ideal edir. Asan baxılır və söndürmək istəmirsən.

“Prezidentin təyyarəsi”

Süjet ilk saniyələrdən intriqa yaradır: ABŞ prezidenti, ələ keçirilmiş təyyarə və minlərlə metr yüksəklikdə sərnişinlərin həyatı uğrunda mübarizə.

“Prezidentin təyyarəsi” 90-cı illərin klassik siyasi döyüş filmidir - burada risk həddən artıq böyükdür və qərarları dərhal vermək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri