Icma.az
close
up
RU
Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qida Təhlükəsizliyi Agentliyi Avropa Qida Standartları Agentliyi EFSA-nın nizamnaməsi əsasında yaradılanda, məndə Qida təhlükəsizliyi sahəsində çox şeyin dəyişəcəyi ilə bağlı böyük ümidlər yaranmışdı.

Qurum yaradılarkən hamıya dedilər ki, bu qurum Avropadakı kimi işləyəcək, artıq keyfiyyətsiz, saxta, təhlükəli qida tapılmayacaq. İnsanlarda mənim kimi ümidlə düşündülər ki, nəhayət, bazarda satılan broylerlərdən tutmuş süd məhsullarına qədər hər şey düzələcək, süfrəmizə ancaq sağlam qida gələcək. Amma illər keçdi, vəziyyət çox da dəyişmədi. Hələ də marketlərdə və bazarlarda keyfiyyətsiz məhsullar satılır.

“Mərcan Broyler”, “Siyəzən Broyler”, “Şəfa Broyler” kimi firmaların məhsulları dadına, qoxusuna görə çox adamın narazılığına səbəb olur. Bəzi qəndlərdə təhlükəli ağardıcı boyalardan istifadə edildiyi deyilir, süd məhsullarında normadan artıq qatqılar tapıldığı xəbərlərdə çıxır, amma istehsal dayanmır. İstehlakçı bu halları görə-görə təbii olaraq soruşur: bəs Qida Təhlükəsizliyi Agentliyi nə iş görür?

Avropada belə qurumlar hansı məhsulda pozuntu varsa, hamısını açıq şəkildə paylaşır, istehlakçı da bilir ki, hansı markadan uzaq durmalıdır. Bizdə isə “minlərlə yoxlama, yüzlərlə cərimə” kimi ümumi sözlər deyilir, amma kimin məhsulu təhlükəlidir, kim qaydanı pozub – bunlar demək olar ki, açıqlanmır. Elə bil, istehlakçı üçün əsas olan məsələ arxa plana atılır. Üstəlik, çox adam deyir ki, kiçik dükanlara və kiçik istehsalçılara sərt yanaşırlar, amma böyük fabriklərə, tanınmış markalara qarşı çox yumşaq davranırlar. Bu da təbii olaraq “kiminsə söykənəcəyi var” söz söhbətini artırır.

Bütün bunlara görə insanlar hesab edir ki, qurum yaradılarkən verilən vədlər yerinə yetirilməyib. Keyfiyyətsiz broylerlər, qatqılı və təhlükəli qidalar hələ də süfrəmizə gəlir. İstehlakçı isə hələ də aldığı məhsulun doğrudan da sağlam olub-olmadığına əmin ola bilmir. Bir müddət bundan əvvəl telekanalların birində portağallara boyaq maddə qatılması ilə bağlı sujetə Qida Təhlükəsizliyi Agentliyi açıqlama verdi ki, bu məsələdən sizin sayənizdə xəbərdar olduq və araşdırma aparılır. Üstəlik, vətəndaşlara müraciət ediblər ki, belə halları görsələr, agentliyə məlumat versinlər. Sual olunur, əgər hər şeyi vətəndaş deməlidirsə, bəs onda agentlik hara baxır?!

İlkin
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri