Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya Nazirliyi ancaq cərimələyirlər Ekoloqdan ETİRAZ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib və bu səbəbdən həmin obyektlər cərimələnib.
Bu cür hadisələr restoranlarda niyə tez-tez baş verir?
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq alim Ənvər Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, əsas məsələ hansı kömürdən istifadə olunmasıdır:
"Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya Nazirliyi ancaq cərimələyirlər. İşlər daha da sürətlənir. Onların faktı var ki, havaya nə qədər tullantı gedib? Hansı kömürdən istifadə olunub? Tüstü borularının hündürlüyü nə qədərdir? Konkret fakt olmalıdır ki, burada bu qədər tüstü havaya buraxılıb".
Müsahibimizin sözlərinə görə, aktı tətbiq edən ekspertlər qeyd olunmalıdır.
"Kim nə istəyir, onu da edir. Bunun metodikası olmalıdır. Mütəxəssis rəyi mütləqdir. Kömür qeyd olunmalıdır. Küləkli havada o məsələləri tutmaq çətin olmağına baxmayaraq, cərimə yazılıb. Onlar mətbuatla birgə həmin yerlərə getməli idilər. Mətbuat isə çəkiliş aparmalı idi. Hansı hava şəraitində vəziyyət araşdırılıb və s. bildirdilməlidir", - deyə Ənvər Əliyev bildirdi.
Aytəkin TOFİQQIZI
Baxış sayı:119
Bu xəbər 01 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















