Icma.az
close
up
RU
Hər şeyin yaxşı olacağına inanan bələdçinin vida nəğməsi Əlvida KONKRET

Hər şeyin yaxşı olacağına inanan bələdçinin vida nəğməsi Əlvida KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Hərdən mənə elə gəlir ki, mən də onlarnan bir yerdəyəm, “narahat olmayın, hər şey yaxşı olacağ”ı  o xanım mənim lap yaxınlığımda deyir. Səsi titrəyir, sözləri  ustubca  ifadə edir ki, kimsə qorxmasın. Camaatı sakit olmağa çağıran bu xanımın, guya heç nədən xəbəri yoxdur. Elə bilirəm lap yaxınlığımda, lap elə bir addımlığımda dayanıb.

Səsində təlaş hiss olunsa da özünü o yerə qoymur.  Adama elə gəlir ki, bu səs haradasa metroda, avtobusda insanları sakit etməyə çağırır.  Amma bu,  ölümlə həyat arasında çarpışan köməksiz adamın fəryadıdır, harayıdır. Nə qədər gizlətrməyə çalışsa da, dərhal duyulur. Bir az qüssəli, bir az kədərli, amma ağlamaqdan özünü güclə saxlayan gənc xanım, özündə güc tapıb  “ şey yaxşı olacaq”, deməklə ölümünü gözləyən insanlara ürək-dirək verə-verə  bizimlə vidalaşır. Bu, onun sonuncu monoloqudur. Səmada, Allaha bir qədər yaxın, bizim əlimizin çata bilmədiyi yüksəklikdə kədərli monoloqunu söyləyir. Amma fərqli tərzdə, fərqli biçimdə danışır.  “Hər şey yaxşı olacaq”da   narahatlıq, qəhər və özünü güclə ələ alan adamın hıçqırtısı duyulur. Bəlkədə, “hər şey yaxşı olacağ”ın kökündə Allahdan imdad diləyi dayanır, bəlkə o, möcüzə gözləyir. Ona elə gəlir ki, bir qədər də dözsələr doğurdan da hər şey yaxşı olacaq.  Amma köməksiz insanların çoxunun sonuncu eşitdiyi kəlmələr idi, bu sözlər. Onun özü də axırıncı məqama kimi sağ qalacaqlarına ümid edirdi. “Dayanın, kəmərlərinizi bağlayın, dəhlizdə durmayın, yər şey yaxşı olacaq”, deyən adamın səsində həm də bir qəriblik hiss olunurdu. Göy üzünün qərib adamları ölümün yaxınlaşdığını duymuşdular, hər kəs təlaş içindəydi. Bəlkədə dar macalda həyatlarında baş verən anlar kino lenti kimi gözlərinin qabağından keçirdi. Bu qərib səsin hayqırtısı hələ uzun illər qulaqlarda əks-səda verəcək. Haradasa  o səs xatırlanacaq, o ümidsiz səsdə qaynayan həyat eşqi  yada düşəcək.

O, doğurdan da hər şeyin yaxşı olacağına inanırdı. Seçdiyi peşənin çətinliyini  hamıdan yaxşı bilirdi və hər şeyin yaxşı olacağı ümidi ilə təyyarə bələdçisi olmuşdu. Ali təhsilli hüquqşunas idi. Amma təyyarə bələdçiliyini dərindən sevmişdi. Neçə-neçə ölkələrə uçuşlarda iştirak etmişdi. Hər bir sərnişinə xüsusi diqqət göstərirdi və “narahat olmayın hər şey yaxşı olacaq”, deyərək yol yoldaşlarının könlünü xoş etmişdi.

Bu, qızın adı Hökumə Əliyeva idi. 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olmuşdu. 1993-cü ildə Kəlbəcər işğal olunanda ailəsi ilə birlikdə Bərdə rayonun Qaradəmirçi kəndində məskunlaşmışdılar. 3 il sonra ailə Rusiyaya köçüb və  bir müddət Volqoqradda  məskunlaşmışdılar. Hökümə 1-ci sinifdən 6-cı sinifə qədər şəhərin 178 nömrəli məktəbində oxumuşdu. Daha sonra Gəncə şəhərinə qayıtmışdılar.  Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Daha sonra magistr və doktorantura pillələrini də uğurla bitirib. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi, daha sonra bələdçi kimi fəaliyyət göstərirdi.  Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi. Amma qismət olmadı.

Təyyarədəkilərə yalvarışla “hər şey yaxşı olacaq”, deyən xanımın səsindəki kədər və  qüssə onun sonuncu vida nəğməsiydi. Elə bil təyyarədə ölümünü gözləyən insanlarla deyil, bütün bəşəriyyətlə  danışırdı. “Əlvida, biz gedirik, bir daha görüşməyəcəyik, salamat qalın deməyə macal tapmadı”. O, yalnız ölüm ayağındakı insanları ölümlərini rahat qarşılamaqlarını  təmin etmək istəyirdi. İstəyirdi ki, son məqamda təyyarədəkilərin ümid çırağı sönməsin. Ağlamağa macal da tapmırdı. Ona elə gəlirdi ki, doğurdan da ”hər şey yaxşı olacaq”. Göy üzündə  haray təpirdi, üzünü tanrının dərgahına tutub dua edirdi. Amma gec idi. Hər şey bitmişdi, təyyarə  cəmi bir neçə dəqiqədən sonra yerə dəyib parçalanacaqdı. Yenə ümidini itirmədən “hər şey yaxşı olacaq”, deyirdi.  Vallah, hər şey yaxşı olmadı bacım. Sənin dünyan dağıldı, xəyalların alt-üst oldu, hər şeyi yarımçıq qoyub getdin. Heç nə yaxşı deyil, indi təyyarənin önünə dəvət etdiyin adamlar da yoxdur. Bu uçuş onların da sonuncu yolçuluğu idi. Heç nə yaxşı olmadı, matəminiz tutuldu, Vətən sizin üçün qara geyindi. O biri dünyada nəyin necə baş verdiyindən xəbərsizəm, amma bu dünyada heç də hər şey yaxşı deyil sizsiz. Ruhunuz şad olsun.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri