Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar... Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.
“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı təyyarədə 5 ekipaj üzvü, 62 sərnişin olub.
Sərnişinlərdən 35-i həlak olub, 29 nəfər sağ qalıb.
Bu qədər sərnişinin xilas olmasında ekipaj üzvlərinin də böyük əməyi olub.
İqor Kşnyakin – kapitan (pilot), Aleksandr Kalyaninov – ikinci pilot və Hökümə Əliyeva – baş stüardessa faciəvi qəzada böyük şücaət göstərərək həlak olublar.Hər üçü ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Milli Qəhrəman adı ilə təltif olunublar.
Təyyarənin sağ qalan digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü baş tutub. Rusiya Prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Dekabr 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















