Icma.az
close
up
RU
Hər sinə ağrısı infarkt deyilmiş

Hər sinə ağrısı infarkt deyilmiş

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kardioloq panik atakla infarktı necə ayırd etməyin yollarını açıqlayıb.
Demokrat.az
xəbər verir ki, panik ataklar çox vaxt ürək problemləri ilə qarışdırılır və bu da insanlarda ciddi narahatlıq yaradır.
Bu barədə “SM-Clinic”in kardioloqu İrina Tarasova gazeta-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, pasiyentlər tez-tez nəfəs darlığı, sinədə sıxılma və güclü ürək döyüntüsü şikayətləri ilə həkimə müraciət edirlər. Lakin müayinələr zamanı ürəklə bağlı üzvi problem aşkar olunmadıqda, səbəbin funksional – yəni panik atak olduğu müəyyən edilir.
Kardioloq qeyd edib ki, əsas fərqlərdən biri ağrının xarakteridir. Panik atak zamanı ağrı adətən kəskin, sancıvari olur, yeri dəyişə bilir və dərin nəfəs aldıqda arta bilər. İnfrakt zamanı isə ağrı sıxıcı, yandırıcı xarakter daşıyır, döş sümüyünün arxasında hiss olunur və sol qol, çiyin, çənə və ya kürəyə yayıla bilər.
Simptomların davametmə müddəti də fərqlidir. Panik atak adətən bir neçə dəqiqədən yarım saata qədər çəkir və tədricən zəifləyir. İnfrakt zamanı isə ağrı 15 dəqiqədən çox davam edir və getdikcə güclənə bilər.
Həmçinin fiziki aktivliklə əlaqə də mühüm göstəricidir. Panik atak istirahət zamanı və ya stress fonunda yarana bilər, bəzən yüngül hərəkət vəziyyəti yaxşılaşdırır. İnfrakt zamanı isə pilləkən çıxmaq kimi fiziki yüklənmə ağrını artırır.
Əlavə əlamətlər də fərqlənir. Panik atak zamanı səbəbsiz qorxu, əllərdə keyimə, reallıq hissinin itməsi müşahidə oluna bilər. İnfrakt zamanı isə soyuq tər, solğunluq, güclü halsızlıq, ürəkbulanma, qusma, başgicəllənmə və hətta huşun itməsi baş verə bilər.
Dərmanlara reaksiya da fərqlidir. Panik atak zamanı nitroqliserin adətən təsir etmir, bəzən baş ağrısını artıra bilər. İnfrakt zamanı isə bu dərman ağrını qismən azalda bilər.
Həkim vurğulayıb ki, hər iki hal ciddi qəbul edilməlidir: “Əgər simptomların səbəbi ilə bağlı şübhə varsa, dərhal həkimə müraciət etmək və ya təcili yardım çağırmaq lazımdır.”
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Mart 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri