Icma.az
close
up
RU
Hərbçi əmisi taleyini dəyişdi, övladını oxutmaq üçün tarını satdı, oğlunu özünə rəqib gördü VİDEO

Hərbçi əmisi taleyini dəyişdi, övladını oxutmaq üçün tarını satdı, oğlunu özünə rəqib gördü VİDEO

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Bir neçə gün əvvəl görkəmli tarzən, Xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Ramiz Quliyevi itirdik.

Ölkə.Az onun haqqında maraqlı faktları təqdim edir:

1947-ci il aprelin 30-da Ağdamda anadan olub. Ağdam şəhər 7 illik musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində və  Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ramiz bəyin bütün ömrü tara bağlı idi. Bu musiqi aləti ilə hələ kiçik yaşlarında tanış olmuşdu.

SİTAT: “İlk dəfə tarı əlimə alanda təxminən beş, ya altı yaşım olardı. Ağdamda olan evimizdə divardan bir alətin asıldığını gördüm. Adını bilmirdim, amma qonşuda və toyda- bayramda ifa etdiklərini görürdüm. Atam bu alətin əmimə məxsus olduğunu söylədi və ifa edə bilmədiyi üçün də burdan asıldığını dedi. Anam dedi ki, əmim müharibədə olub. İxtisasca hərbiçi idi. Axırıncı dəfə də Kəlbəcərdə qolundan yaralanıb. Əmim bizə gələn kimi onu bu alətin yanına apardım və soruşum ki, bu alət kimindir? Dedi ki, bu gündən sənindir. O gündən bu günə kimi də tar əlimdən düşmür".

R.Quliyev Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak edib, birinci yeri tutub.
Bu illər ərzində Ağdam rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.
1974-cü ildə Zaqafqaziya festivalında birinci mükafata, oktyabrda icə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində “laureat” adına layiq görülüb.
1974–1992-ci illər ərzində Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

Xalq artisti deyir ki, onun tar sənətinə gətirdiyi yenilik böyük orkestrlə solo konsert vermək olub.  
O, Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç, Yaponiya və s. ölkələrdə konsertlərlə çıxış edib, bir sıra ölkələrdə ustad dərsləri verib.

Bütün ömrünü musiqiyə həsr edən Ramiz Quliyev oğlunun təhsili üçün sevimli musiqi alətini satmağa məcbur qaldığı vaxtlar da olub:

SİTAT: “Elə gözəl sədəfli tarlarım olub ki... Amma indi onlar məndə yoxdur. O sədəfli tarları bağışladım oğlum Əyyubun təhsilinə. Xaricdə təhsil alırdı və 16 min avro pul lazım oldu. 2006-cı ildə bu pulu ödəmək üçün də mən 4 ya 5 tarımı dəyər-dəyməzinə satdım. O istedada ancaq və ancaq qayğı göstərmək lazım idi”.

Sənətçinin oğlu Əməkdar artist Əyyub Quliyev isə 2018-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsində çalışır. 

R.Quliyev müsahibələrinin birində oğlunu özünə rəqib gördüyünü söyləmişdi:

 “Oğlumun nailiyyətlərini və uğurlarını özümün uğuru sayıram. O, xüsusi bir fitri istedada malikdir. Allah üzümə baxdı ki, o tarın dalınca getmədi. Mənim kimi getsə idi, nəfəsimi kəsəcəkdi.
Onda dirijorluq daha möhtəşəm və dünyəvidir. Əyyubun bu yaşında elədiklərini mən o yaşda edə bilməmişdim”.

Xalq artisti son illərdə ömrünün 50 ilindən çoxunu sərf etdiyi Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.

Səhhətindəki problemlərə görə sentyabrın 29-da reanimayiyaya yerləşdirilən görkəmli tarzən oktyabrın 15-də vəfat edib.

O, II Fəxri Xiyabanda dəfn olunub.

Billurə

Daha ətraflı videoda: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri