Icma.az
close
up
RU
405 gündən sonra övladını gördü

405 gündən sonra övladını gördü

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Hazırda həbsdə olan ictimai fəal Ruslan İzzətli 405 gündən sonra övladını görüb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun həyat yoldaşı Günel Manaflı sosial şəbəkədə yazıb:

Bugün Özalla birlikdə Ruslanı təbrik etməyə getdik. Nəhayət 1 il, 1 ay, 10 gün sonra Özal atasına qovuşdu. Özala ata Türkiyədən sərhəddə gəlib bir neçə saatlıq səninlə görüşməyə dedim. Sağolsun təcridxana işçiləri də Özalın oranı həbsxana olduğunu anlamaması üçün əllərindən gələni etdilər.

Özalla otağa girdik və Ruslanı gözləyirik. Özalın üzündə kədərli bir gülümsəmə vardı, hər dəqiqə də deyirdi ki, çox həyəcanlanıram. Nəhayət Ruslan qapıdan girən kimi Özal üstünə qaçdı, bərk- bərk sarıldılar, qoxladı, öpdü atası onu doyunca …

Atasının qucağından düşmürdü. Tez- tez danışırdı. Məktəbindən, dostlarından, həyatından hər şeydən az-az , amma vaxt azmış kimi sürətlə danışırdı. Sanki atası olmadığı zaman yaşadığı 405 günü bir neçə saata sığdırmağa çalışırdı.

Atasına “Türkiyəyə getmə. Gəl mən sənə Bakıda iş taparam.  Özünə işçi tap, onlar işini görsün, sən qal. Sabah mənim ad günümdür , sən də gəl” deyirdi.
Ruslan da dedi ki,  tez-tez gələcəm, görüşərik.

Ruslan müharibə zamanə ölümlə üz-üzə olarkən belə hər zaman yaxşıyam deyib gülümsəyərdi. Hətta narahat olmamağım üçün günlərlə mənə hospitaldayam, arxa cəbhədəyəm deyə “yalanlar” deyib. O qədər möhkəm və iradəli bir insandır. Özalla da elə gözəl deyib gülürdülər ki, sanki evdədirlər. Mənsə onları heyranlıqla izləyirdim.
Ruslan neçə gündür narahat olduğunu, Özalın oranın həbsxana olduğunu anlayıb travma alacağından qorxurduğunu deyirdi. Elə mən də narahat idim. Amma çox şükür ki, belə olmadı.

Bugün bir neçə saatda olsa ailəmiz bütün oldu və çox xöşbəxt olduq. Bu xöşbəxtıiyimizin azadlıqda daimi olmasını diləyirəm.

Əzizim, səni buradan da bir daha təbrik etmək istəyirəm. Yaxşı ki, yollarımız kəsişib. Hər zaman yanındayam. Sağlam və gözəl həyatın olsun. Səni çox sevirik!

P.S. Özal çıxarkən görüşə gələn çoxsaylı adamları görüb son sualını da verdi:
-mama bu adamlar niyə burada dayanıb.
-Türkiyəyə gedəcəklər, təyyarələrini gözləyirlər.
Çoxsayda çörək almış biri də diqqətini çəkdi və dərhal sual verdi:

Türkiyədə çörək satılmır?
-Satılır oğlum, amma Azərbaycandakı çörəklər kimi dadlı olmur, tez gedək taksi gəlir -deyib Özalı uzaqlaşdırdım.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri