Hərbi ehtiyaclar üçün itləri klonlaşdıracaqlar
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də hərbi ehtiyaclar üçün xidməti itlərin klonlaşdırılması və onların genlərinin modifikasiyası həyata keçiriləcək.
Bakıvaxtı.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, “Warhound” adlandırılan startapın həyata keçirilməsində “Anduril” şirkətinin həmtəsisçisi Palmer Laki və sahibkar Ben Lamm iştirak edirlər.
Bildirilir ki, şirkət “genetik cəhətdən təkmilləşdirilmiş xidməti itlərin istehsalı” ilə məşğul olacaq və onları qabaqcıl texnologiyalarla təchiz edəcək.
“Warhound” layihəsinin dəyəri təxminən 1,2 milyard dollar olaraq qiymətləndirilib.
“Bizim ideyamız belədir: ən yaxşı itləri seçmək, onların biobankını yaratmaq və klonlaşdırmaq. Klonlaşdırmadan əlavə, onların yaşama müddətini və iş qabiliyyətini yaxşılaşdırmaq üçün genlərini modifikasiya etmək mümkündürmü? Bu, həm it üçün, həm də yanğınsöndürənlər, polislər və ya hərbçilər üçün daha faydalıdır”, - Lamm deyib.
Məlumata görə, avtonom dronlar, sualtı qayıqlar və digər hərbi texnika istehsalçısı, həmçinin müdafiə texnologiyaları sahəsində ən tanınmış ABŞ startaplarından biri olan “Anduril” şirkəti itlərin səmərəliliyini artırmaq üçün onlar üçün zirehli jiletlərin işlənib hazırlanması ilə məşğul olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Oktyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















